
Stoltenberqdən çağırış -Qərb Ukraynadan "ƏLİNİ ÇƏKİR"?
12:39 03.04.2024
Aktual
679
NATO Baş katibi Yens Stoltenberq Ukraynada döyüş meydanında vəziyyətin ciddi olduğunu deyib.
Bu barədə NATO Baş katibi Alyansın XİN rəhbərlərinin iclasından əvvəl mediaya açıqlamasında bildirib.
O deyib ki, Ukraynaya uzunmüddətli yardımla bağlı müzakirələrdə yekun qərarın XİN rəhbərlərinin bu gün və sabah keçiriləcək iclasında veriləcəyi gözlənilmir.
"Ümid edirəm ki, biz bu məsələ ilə bağlı konsensus istiqamətində irəliləyiş əldə edə biləcək və Vaşinqton sammitinə qədər razılaşmaya nail ola biləcəyik. Bunun səbəbi isə Ukraynada döyüş meydanındakı vəziyyətdir. Vəziyyət ciddidir, biz Rusiyanın necə təzyiq göstərdiyini görürük. Biz görürük ki, onlar bu müharibədə bizim kənara çəkilməyimizi gözləyərək, necə qazanmağa çalışır. Ona görə də biz praktiki yardımı və maliyyə yardımını davam etdirərək siqnal göndərməliyik ki, bu müharibəni sonlandırmaq üçün biz uzun müddət burada olacağıq.
Biz görürük ki, Rusiya iqtisadiyyatını necə müharibə şərtlərinə uyğunlaşdırır. Rusiyanın insan sayı və texnika baxımından necə ağır bədəl ödəməyə hazır olduğunu görürük, insan həyatına hörmət olunmadığını görürük və bütün bunlar döyüş meydanında niyə vəziyyətin çətin olduğunu izah edir", - Yens Stoltenberq deyib.
Stoltenberqin fikirlərinə münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov “Sherg.az”a söyləyib ki, bu gün Qərbin Ukrayaya etdiyi yardımlar çox zəif və aşağı səviyyədədir:

“Qərb, artıq Ukraynaya verdiyi vədlərin böyük hissəsini yerinə yetirmək istəmir. Avropanın Rusiyadan enerji məhsullarından asıllığı Avropa Birliyinin və siyasi güc mərkəzlərinin Ukraynaya yardım məsələsində iki qat düşünməsinə səbəb olur. Stoltenberq də hərbi təşkilatın rəhbəri olduğuna görə daha çox Ukraynaya kömək məsələsində iki tirəliyə düşən siyasi təşkilatlara çağırışlar etmək istəyir. Amma Avropa İttifaqının Ukraynaya yardım mövzusunda zəif davranması ilə yanaşı Amerika Birləşmiş Ştatları da Ukrayna cəbhəsində Rusiya ilə qarşıdurmaya getmək istəmir. Çünki Qərb düşünür ki, Ukraynaya nə qədər yardım edilsə də, Rusiya qarşısında müqaviməti zəifdir. İndiyə qədər edilən yardımlar fonunda Ukrayna işğal altında ola heç bir ərazisini azad etməyib. Stoltenberqin çağırışları son dövrlər Qərb siyasi çevrələrindəki Ukraynaya qarşı biganəliyin göstəricisidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region