
Sülhməramlılarının minatəmizləmə işlərinə cəlb edilməsi prosesi sürətləndirə bilər -ANALİTİK
13:35 04.04.2024
Aktual
511
Rusiya sülhməramlıları Xocalıda minatəmizləmə əməliyyatlarına cəlb ediləcək.
Bunu ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov 4 Aprel - Beynəlxalq mina xəbərdarlığı və minatəmizləmə fəaliyyətinə yardım Günü münasibətilə keçirilən brifinqdə deyib.
Qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin minatəmizləmə əməliyyatlarına cəlb olunması prosesi ilə bağlı müəyyən sənədləşmə işləri gedir: "Artıq onlar akkreditasiyadan keçirilir. Texnikalar, itlər və canlı qüvvələr yaxın vaxtlarda Xocalıda minatəmizləmə prosesinə cəlb olunacaq".
Mövzu ilə bağlı hərbi-siyasi ekspert Həşim Səhrablı "Sherg.az"a açıqlaması zamanı bildirib ki, Rusiya sülhməramlılarının minatəmizləmə işlərinə cəlb edilməsi prosesi sürətləndirə bilər:

"Çünki bu gün nə qədər Rusiya və Ermənistan arasında diplomatik münasibətlərdə gərginlik yaransa da, heç kəsə sirr deyil ki, Ermənistanın həm dövlət olaraq varlığı, həm də bir çox məsələlərdə təhlükəsizliyi Moskvadan asılıdır. Əgər Rusiya minatəmizləmə əməliyyatlarına dəstək verməyə səmimi və maraqlı olacaqsa, əlbəttə ki, onun prosesə cəlb olunması müəyyən effektiv nəticələr verə bilər. Rusiyanin minatəmizləmə əməliyyatlarına cəlb edilməsinin 2025-ci ildə Rusiya Sülhməramlı Kontingentinin Qarabağdan çıxarılması məsələsinə gəldikdə isə bu, problem siyasi cəhətdən həll olunub. Geridə isə sadəcə fəsadların aradan qaldırılması dayanıb. Düşünürəm ki, problemlər həll edildikdən sonra Qarabağda heç bir sülhməramlı missiyaya ehtiyac qalmayacaq".
Yusif Mamedov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region