"Tapşırıq belədir ki, korrupsiyanın real xəritəsi çıxarılsın" - Ekspert
Turan
12:56 16.05.2020
Aktual
1169
"Sağlam cəmiyyətin qurulması üçün rüşvətin, korrupsiyanın kökünün kəsilməsi çox vacib amildir".
Bunu "Sherg.az"a açıqlamasında “Resurs” Analitik İnformasiya Mərkəzinin sədri, siyasi ekspert Rasim Quliyev deyib.
Siyasi şərhçi bildirib ki, korrupsiya cəmiyyəti, dövləti daxildən çürüdən bir parazit, virusdur:
"Rüşvətin vüsət alması və dövlətin strukturlarında yayılması epidemiyanın bir növüdür. Bu, bir infeksiya, mənəvi xəstəlikdir. Ona görə də cənab Prezident korrupsiyaya qarşı qətiyyətli mübarizə nümayiş etdirir. Qeyd edim ki, hazırda korrupsiyaya qarşı mübarizədə Dövlət Təhlükəsizlik Xidmətinin önə çıxması, xüsusi əməliyyatlar keçirməsi təsadüfi deyil. Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri hörmətli Əli Nağıyev korrupsiyaya qarşı mübarizə idarəsində müavin kimi fəaliyyət göstərib. Görünür, cənab Prezidentin tapşırığı belədir ki, korrupsiyanın real xəritəsi çıxarılsın və ilk növbədə daha çox rüşvətə bulaşanlar aradan qaldırılsın. Korrupsiyaya qarşı mübarizə prosesində həm hüquqi prosedurlar tətbiq olunur, cəzalar verilir, həm də dövlət tərəfindən maarifləndirmə işi aparılır. DTX tərəfindən keçirilən əməliyyatların mətbuatda geniş yayılması korrupsiya faktlarının ifşa olunması da məhz maarifləndirmə işinə xidmət edir".
R.Quliyev bəyan edib ki, dövlət xalqa mesaj verir ki, korrupsiyaya qarşı mübarizə ictimaiyyətin bütün təbəqələrində aparılmalıdır:
"Bu, təkcə aidiyyatı qurumların vəzifəsi deyil. Cəmiyyətin də bu prosesdə iştirakı vacibdir. Cənab Prezident dəfələrlə qeyd edib ki, cəmiyyəti, dövləti içəridən parçalayan rüşvətxorluq kökündən kəsilməlidir. Hamı buna qarşı mübarizə aparmalı, heç kim rüşvətə göz yummamalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İrana yeni zərbələrlə bağlı qərarını açıqlayıb
01:16 03.11.2026
Son dəqiqə
Pensiyalar bu tarixdə ödəniləcək
00:59 03.11.2026
Cəmiyyət
"Fənərbağça" portuqaliyalı baş məşqçi Serjiu Konseysau ilə anlaşıb
00:45 03.11.2026
Futbol
İranın ABŞ-a göndərdiyi şərtlər bunlardır - Arakçı
23:52 02.11.2026
Region
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm