TƏCİLİ TOPLANTI! - Ukrayna Avropa İttifaqına qəbul edilir? 

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi təşkilatın müdafiə nazirlərini görüşə dəvət edib. "Sherg.az" "CNN"ə istinadən xəbəər verir ki, sözügedən görüş Ukrayna ilə bağlıdır. Aİ rəsmisi Josep Borrell Fontelles "Twitter"də məqsədin təcili ehtiyaclar və blokun ukraynalılara yardımının koordinasiyası ilə bağlı olacağını qeyd edib.
Bundan əvvəl Ukrayna prezidenti Zelenski ölkəni dərhal Aİ-yə üzv olmağa çağırıb.
AFP xəbər agentliyinin məlumatına görə, Avropa İttifaqı Şurasının prezidenti Çarlz Mişel  Aİ daxilində rəsmi Kiyevin üzvlüyü ilə bağlı müxtəlif fikirlər olduğunu cavablandırıb.

Cəmiilə ƏZİM