Təkbətək görüş: Prezident İlham Əliyev ATƏT sədri ilə nədən danışdı? - YENİLƏNƏCƏK


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Lindenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Prezident İlham Əliyevlə ATƏT-in fəaliyyətdə olan sədri Ann Lindenin təkbətək görüşü oldu.

Sonra görüş geniş tərkibdə davam etdirildi.