
Təxribat gözlənilir? - ŞƏRH
15:48 30.03.2024
Aktual
696
Ohanyan Qazaxın işğal altında qalan kəndlərinə gəlib “Faktiki olaraq bu proseslərdən istifadə edən revanşist qüvvələr Paşinyan hökumətini devirmək istəyirlər. Radikal erməni müxalifətinin Baş nazir Nikol Paşinyanı ölüm və terrorla hədələməsi də planın bir parçasıdır”
Ermənistanın keçmiş müdafiə naziri, parlamentdə “Ermənistan” fraksiyasından deputat olan Xocalı qatili Seyran Ohanyan Qazaxın işğal altında qalan kəndlərinə gəlib. Ohanyanla birlikdə “Ermənistan” fraksiyasının digər deputatları da Azərbaycan kəndlərində olub.
Bağanis Ayrım və Əskipara kəndlərində məskunlaşan ermənilərlə görüşən Ohanyan onları müqavimət göstərməyə çağırıb. Bildirib ki, Ermənistan hakimiyyəti 4 kəndi Azərbaycana qaytarmaq istəsə də, müqavimət göstərməklə bunun qarşısını ala bilərlər.
Ohanyan daha əvvəl bu kəndlərdə yerləşən erməni ordusunun birləşmələrini hakimiyyətə qarşı mübarizəyə və Azərbaycanla müharibə aparmağa çağırmışdı. Azərbaycan kəndlərinə gələn Ohanyanın buradakı hərbçilərlə görüşdüyü, kəndlər qaytarıldığı zaman onları müqavimət göstərməyə sövq etdiyi istisna edilmir.
Siyasi şərhçi Elçin Xalidbəyli isə “Sherg.az"a açıqlamasında deyib ki, istənilən halda Azərbaycan Ermənistanın və ermənilərin təxribatına hazır olmalıdır. İnkarolunmaz bir reallıq var ki, ermənilər təxribat və terror üzrə “ixtisaslaşıb”:

“Ona görə də Ohanyanın çağırışı ilə Qazaxın işğal altında qalan kəndlərində yaşayan ermənilərin kəndlərin qaytarılmasına müqavimət göstərməsi, prosesə mane olmaq üçün hansısa bir təxribata əl atması istisna deyil. Onlar belə şeyləri yaxşı bacarırlar. Lakin anlamadıqları bir məsələ var ki, onların təxribatları bizim üçün heç bir əhəmiyyət daşımır və istədikləri nəticəni də vermir. Əgər bir az məntiqli düşünə bilsələr, qəbul edərlər ki, mübahisə edilən 8 kənd Azərbaycana aiddir və gec-tez bu kəndlər Azərbaycana təhvil veriləcək. Azərbaycan artıq Ermənistana, ona havadarlıq edən qüvvələrə və hətta bütün dünya ictimaiyyətinə göstərdi ki, həllolunmaz hesab edilən münaqişələri hərbi yolla həll etmək mümkündür. 30 il ərzində özünü vasitəçi hesab edən qüvvələr bütün dünyanı inandırmağa çalışırdı ki, Dağlıq Qarabağ probleminin hərbi yolla həlli mümkün deyil. Azərbaycan isə 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatları zamanı onların yalanlarını ifşa edərək işğal altında qalan bütün əraziləri azad edərək ərazi bütövlüyünü və suverenliyini bərpa elədi. Bunun üçün də heç bir ölkədən siyasi və hərbi dəstək istəmədi. İşğal altında qalan 8 kəndlə bağlı da eyni addım atılacaq. Əgər Ermənistan xoşluqla kəndləri boşaldıb Azərbaycana təhvil verməsə, təxribat xarakterli çıxışlarını davam etdirsələr, Azərbaycan ordusu lazımi addımlar atacaq və çox qısa bir zaman kəsiyində erməniləri oradan çıxardacaq. Buna nəinki Ermənistan, heç ona himayədarlıq edən qüvvələr də mane ola bilməyəcək. Bu torpaqlar Azərbaycana məxsusdur və mütləq haqq- ədalət öz yerini tapacaq”.
Politoloqun sözlərinə görə, indiki mərhələdə revanşist ermənilərin bu kəndlərdə qurduğu planlar Azərbaycanı yox, Ermənistanı narahat etməlidir: “Faktiki olaraq bu proseslərdən istifadə edən revanşist qüvvələr Paşinyan hökumətini devirmək istəyirlər. Radikal erməni müxalifətinin Baş nazir Nikol Paşinyanı ölüm və terrorla hədələməsi də planın bir parçasıdır. Belə bir ölkənin Azərbaycanın beynəlxalq hüquqla təsbit olunan haqlarına müqavimət göstərməsi qətiyyən mümkün deyil. Tezliklə Azərbaycan 8 kəndi geri alacaq və sərhədlərin delimitasiya prosesinə başlanacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual