
Tofiq Abbasov: Delimitasiya prossesinin ölü nöqtədən tərpəndiyini görürük
11:40 23.05.2024
Aktual
575
“Demarkasiya prosesinin növbəti mərhələsində Tiqranaşen (Kərki – red.) kəndinin sakinlərinə buranın boşaldılmalı olduğu və Azərbaycana təhvil veriləcəyi deyilə bilər”.
Bu iddia ilə Ermənistanın “Fakt” nəşri çıxış edib.
Nəşr yazır ki, ölkənin Ədliyyə Naziriliyi tərkibində Kadastr Komitəsi Tavuş vilayətinin Kirants kəndinin sakinlərinə bu ərazidə qeyri-dəqiq məlumatlar əsasında mülk qeydiyyatlarının aparıldığını açıqlayıb. Demarkasiya prosesi çərçivəsində Azərbaycana təhvil verilən ərazilərdə erməni sakinlərə məxsus evlər var. Lakin həmin ərazilər rəsmi olaraq Ermənistana məxsus deyillər. Bu halda erməni sakinlərin orada ev tikmələri ərazinin Ermənistana məxsus olmasına heç bir hüquqi əsas yaratmır.
Məlumata görə, Kadastın Komitəsinin açıqlaması erməni ekspertlər arasında çaşqınlıq yaradıb. Bir çox ekspertlər qeyd edirlər ki, hakimiyyət gələcəkdə digər ərazilərin də Azərbaycana təhvil verilməsini bu amillə əsaslandıra bilər. Çünki Nikol Paşinyan Tiqranaşen (Kərki – red.) və Tavuşla Qazax rayonunun sərhədində yerləşən 6 kəndin Ermənistana məxsus olmadığını dəfələrlə deyib. Həmin ərazidə yaşayan sakinlərə xüsusi sertifikatlar verilib, lakin bunların heç bir rəsmi hüquqi əsası yoxdur. Beləliklə Tiqranaşen sakinləri də qeyri-dəqiq məlumatlar əsasında mülküyyət şəhadətnamələri alıblar. Yəni növbəti mərhələdə hakimiyyət onlara deyə bilər ki, sizin sənədləriniz etibarlı deyil, kəndi tərk edin.
Nəşr bildiri ki, son zamanlar kənddə daşınmaz əmlak alqı-satqının mümkün olmadığına dair məlumatlar yayılıb. Orada yaşayan sakinlərə mülkiyyət şəhadətnamələrinin hansı məlumatlar əsasında verildiyi isə məlum deyil.
Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Tofiq Abbasov söyləyib ki, sözügedən məsələlərin bir çox dolaşıq məqamları mövcuddur:

“Təbii ki, həmin proseslər sonda öz həllini tapır. Amma tərəflər fikir mübadiləsinə ciddi yanaşmalıdır. Həmin ərazilərdə ev tikilən zaman Azərbaycandan icazə alınmayıb. Artıq bu kimi məsələlərə Ermənistan hakimiyyəti cavabdehlik daşıyır. Çünki erməni vətandaşları Azərbaycan torpaqlarında məskunlaşıb və qeyri-qanuni tikintilər həyata keçiriblər. Belə məsələlərin həlli də ikitərəfli danışıqlardan keçir. İndiki dövrə qədər Ermənistan Azərbaycanla təmaslarsan qaçırdı. Hər zaman çalışırdı ki, sülh prosesi ilə bağlı probemlər yaratsın. Ermənilər üçün ərazi məsələlərinin nə qədər həssas mövzu olduğunu bilirik. Onlar Azərbaycan torpaqlarına yiyələnmək üçün əllərindən gələni edirdilər. Azərbaycan isə 44 günlük Vətən müharibəsindən sonra yeni səhifə açıb. Demarkasiya və delimitasiya prosesinin ölü nöqtədən tərpəndiyini görürük. Ermənistanın fikrinə kənar müdaxilələr olmasa, məntiqi sonluğa vara bilərik. Mülkiyyət və qeydiyyat məsələlərinin həlli yolu var. Azərbaycan tərəfi sözügedən məsələlərdən qorxmur və geri çəkilmir. Nikol Paşinyan da regionda gedən proseslərdən asılı olaraq Azərbaycanla danışıqlar yolunun ən düzgün format olduğunu başa düşür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya