Tofiq Zülfüqarov: “Kalininqrad modeli”ni qəbul edirəm”
10:52 15.05.2024
Aktual
512
Bir müddət öncə Litvanın İrəvandakı səfiri Andrius Pulokas jurnalistlərə açıqlamasında Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması məsələsində “Kalininqrad modeli”nin tətbiqini münasib görmüşdü. Hətta Pulokas ermənilərin Zəngəzur dəhlizinin açılmasından sonra müharibə narahatlığına da cavab vermişdi. Səfir bildirmişdi ki, Rusiyanın Ukraynadakı müharibəsi kontekstində belə materik Rusiya və Kalininqrad vilayətinin sakinləri Litva ərazisindən rahat keçirlər.
Həmin vaxt litvalı səfirin bu açıqlaması İrəvanda siyasi dairələrdə geniş müzakirəkərə səbəb oldu.
Qarabağdakı keçmiş və özünü buraxmış separatçıların qondarma “müdafiə naziri” olmuş Samvel Babayan da Azərbaycana Naxçıvana çıxış üçün Kalininqrad modelinin tətbiqini dəstəkləyib.
İndi isə Kalininqrad modeli yenidən gündəmə gəlib.
Sabiq xarici işlər naziri Tofiq Zülfuqarov “Sherg.az”a bildirib ki, Ermənistan ictimaiyyəti və siyasi elitası Azərbaycanın həssas problemlərindən olan ölkənin ərazisinin iki yerə bölünməsinin Bolşevik Rusiyasının Zəngəzuru Ermənistana verməsindən sonra baş verdiyini anlayır:
“Azərbaycan həmin məsələnin həllində qərarlıdır. Bir ölkənin ərazisi iki hissəyə bölünüb və bu anormal vəziyyətdir. Sözügedən məsələnin həlli ilə bağlı Ermənistan tərəfindən fərqli fikirlər səsləndirilir. Həmin bəyanatları yekun qərar kimi qəbul etmək təbii ki, duzgün deyil. Amma müəyyən qədər prosesin başladığını görürük. Gələcəkdə çox çətin və uzunmüddətli danışıqların olacağı gözləniləndir. Ermənistanın bununla əlaqədar reaksiyaları göstərir. Onlar Azərbaycanın bu məsələ ilə bağlı israrlı və siyasi iradəsini hiss edir. Ona görə də müxtəlik fikirlər bildirirlər”.
T.Zülfüqarov qeyd edib ki, Kalininqrad vilayəti Rusiya Federasiyasına İkinci Dünya Müharibəsi nəticəsində verilib:
“Həmin bölgədə Rusiya vətəndaşı yaşamayıb. Ümumiyyətlə, Şərqi Purissiya deyilən torpaqların vaxtilə bir hissəsi Polşaya, digər hissəsi isə Rusiyaya verilib. Ona görə də burada vəziyyət fərqli olduğu üçün ilkin işçi variant olaraq “Kalininqrad modeli”ni qəbul edirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm