ABŞ Prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiven Uitkoff və kürəkəni Cared Kuşnerin Ukraynadakı nizamlanma ilə bağlı Rusiyaya yeni təkliflər gətirəcəyini təsdiqləməyib.
Teleqraf xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərlə görüşündə bildirib.
Uitkoff və Kuşnerin Ukraynada nizamlanma ilə bağlı hər hansı yeni Amerika təklifi irəli sürüb-sürməyəcəkləri soruşulduqda, Tramp bunu təkzib edib.
"Xeyr, onlar müharibəyə son qoymaq üçün təklif irəli sürəcəklər", - deyə o bildirib.