Türkiyə və Fransa toqquşmadan imtina etdi: “Dialoqda ABŞ-ın “əli”...”
Banuçiçək Kalbalıyeva
11:43 03.03.2021
Aktual
577
“Həm rəsmi Ankara , həm də rəsmi Paris NATO ölkəsidir”
“Onların arasındakı gərginlik ABŞ-dakı yeni iqtidar üçün arzuolunmazdır”
“Məncə, Türkiyə ilə Fransa arasındakı loyal dialoqlarda rəsmi Vaşinqtonun da xidmətləri var”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Liderlər beş aylıq fasilədən sonra Türkiyə-Fransa münasibətlərini, mövcud problemləri müzakirə ediblər. Bildirilir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə-Fransa əməkdaşlığının çox ciddi potensiala malik olduğunu dilə gətirib.
Onun, fransalı həmkarına “Əziz qardaşım” xitabı isə xüsusi diqqət çəkib. Sözügedən telefon danışığı tərəflər arasındakı “buzların əridiyi”nin göstəricisidir. Siyasətdə təsadüfi addımların olmadığını nəzərə alsaq, deməli, “təbəssümlər” nəyəsə hesanlanıb.
Sosial Tədqiqatlar Mərkəzinin mətbut xidmətinin rəisi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bu barədə fikirlərini “Sherg.az”la bölüşüb. O, tərəflərin konstruktiv mövqedə dayandıqlarını düşünür:
“Ankaranın bu ilki planları bir tərəfdən “böyük oyun”dursa, digər tərəfdən əməkdaşlıqları inkişaf etdirməkdir. Fransa- Türkiyə arasında ciddi iş birliyinin olduğunu nəzərə almalıyıq. Eyni zamanda bu il Ankara sazişinin yüz ili tamam olur. Bu amillər tərəflər arasında münasibətlərin qorunmasını şərtləndirir. Hər iki dövlət əməkdaşlıqda maraqlıdır”.
Ə. Əlibəyli proseslərin bu cür inkişaf etməsində ABŞ-ın “əli”ni də istisna etmir:
“Məlumdur ki, həm Türkiyə, həm Fransa NATO ölkəsidir. Onların arasındakı gərginlik ABŞ-dakı yeni iqtidar üçün arzuolunmazdır. Çünki Bayden administrasiyası anti-terror tərəfdarıdır. Yəni, məncə, Türkiyə ilə Fransa arasındakı loyal dialoqlarda rəsmi Vaşinqtonun da xidmətləri var. Potensial qarşıdurma təkcə həmin dövlətlərə deyil, eləcə də, NATO-ya, ABŞ-a ziyan vura bilər. Ona görə də Türkiyə və Fransa toqquşmadan imtina etdilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq
İran da ABŞ-yə Hörmüz boğazında sərt cavab verdi
10:19 09.09.2026
Dünya
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
10:19 09.09.2026
Mədəniyyət