Türkiyədə koronavirusla əlaqədar dörd günlük “evdə qal” rejimi qüvvədədir
08:49 16.05.2020
Aktual
612
Türkiyədə yeni növ koronavirusa (COVID-19) qarşı aparılan mübarizə tədbirləri çərçivəsində mayın 16-da yerli vaxtla saat 00.00-dan etibarən növbəti dörd gün müddətinə məcburi qaydada tətbiq olunan “evdə qal” məhdudiyyəti (komendant saatı) qüvvəyə minib.
AZƏRTAC xəbər verir ki, Ankara, İstanbul, İzmir və digər böyük şəhərlər daxil olmaqla 15 vilayət üzrə tətbiq olunan bu qadağa mayın 19-da saat 24.00-da başa çatacaq. Komendant saatına nəzarəti Daxili İşlər Nazirliyi həyata keçirir.
Məhdudiyyət qaydalarının pozulmasına qarşı sərt tədbirlər görülməkdədir. Ən son məlumata görə, gecə saatlarından başlayaraq sosial məsafə saxlama və digər məhdudiyyət qaydalarını pozduqlarına görə, 5831 avtomobil sahibinə və 191 müəssisə və təşkilata qanunla nəzərdə tutulan cəza tətbiq olunub.
Qeyd edək ki, Türkiyə hökuməti məlum pandemiya ilə əlaqədar olaraq tətbiq edilən qadağaların mərhələli şəkildə yumşaldılması üçün proqram qəbul edib. Proqramın ilkin mərhələsinə mayın 11-də start verilib. Ölkə üzrə tətbiq olunan qadağalar nəticəsində COVID-19 infeksiyasının yayılmasında və gündəlik ölüm hallarında kəskin azalma müşahidə olunur. İndiyədək 1 milyon 547 min 389 nəfər testdən keçirilib. Onlardan 146 min 457 nəfərdə infeksiya aşkar olunub. Ümumilikdə 106 min 133 nəfər xəstəlikdən sağalıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm