Türkoloq-alim: "Elmdə kəmiyyətdən keyfiyyətə keçmək məsələsini kökündən həll etmək lazımdır"
Turan
12:16 27.03.2020
Aktual
1448
Martın 27-si, yəni bugün Azərbaycanda Elm Günüdür. Bu əlamətdar gün Prezient İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən təsis edilib. Ölkəmizdə Elm Günü, eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının yaradıldığı günə təsadüf edir.
Elm gününün önəmi və Azərbaycanda elmin problemlərindən "Sherg.az"a danışan türkoloq-alim, AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli deyib ki, elmdə kəmiyyətdən keyfiyyətə keçmək məsələsini kökündən həll etmək lazımdır:
"Nə zamana qədər təsadüfi adamlar elm sahəsində olacaq, üstəlik layiq olmadıqları vəzifələri və elmi adları daşıyacaqlar, elmin inkişafı da problem olaraq qalacaq. Ona görə də, elmdə keyfiyyətə üstünlük verilməlidir. Təsadüfi adamlar elmdə azlıq təşkil etməlidir. Digər tərəfdən kəmiyyətdən keyfiyyətə keçməklə yanaşı, alimlərin məvacib məsələsi də həll edilməlidir. Alim elmlə məşğul olmaq üçün normal maaş almalı, bütün enerji və biliyini elmə sərf etməlidir".
F.Ələkbərlinin sözlərinə görə, elmdə göstəriş minimuma endirilməlidir:
""Yuxarıdan nə deyirlər, nə yazırlar"düşüncəsi ilə hərəkət etməyə son verilməlidir. Əlbəttə, milli məsələlərdə həssas olmaq lazımdır. Ancaq bu kor-koranə deyil, milli maraqlara və obyektivliyə uyğun olaraq həyata keçirilməlidir. Hər şeyə rəğmən Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra elm sahəsində müəyyən uğurlar olub. Lakin taftalogiyadan və sovet metodologiyasından qurtulmaqda problemlər var. Ümid edirəm ki, bu məsələlər də qısa müddətdə öz həllini tapacaq. Bizim, elmdə ancaq bir metodologiyamız olmalıdır: - milli metodologiya və obyektivlik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm