ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Vaşinqtonun Ukrayna münaqişəsinin hərbi yolla deyil, diplomatik vasitələrlə həllinə üstünlük verdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Uitkoff Kiyevdə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ABŞ münaqişənin diplomatik yolla nizamlanmasına çalışır və hərbi həlli üstün variant hesab etmir.
“Biz bu münaqişənin hərbi deyil, diplomatik yolla həllinə çalışırıq. ABŞ Prezidenti Donald Tramp həmişə məhz buna nail olmağa çalışır. Buna görə də Cared Kuşnerlə birlikdə Kiyevdəyik”, - Uitkoff deyib.
Uitkoff və Kuşner sentyabrın 6-da Kiyevə səfər edərək Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparıblar. Bundan əvvəl onlar Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüblər.