Ukraynada əsir götürülən Əzizin qardaşı: “O, tələbədir, necə Rusiya tərəfdən döyüşə bilər?” - VİDEO
Yusif Nəzərli
13:32 01.03.2022
Aktual
614
Dünən Ukraynada azərbaycanlı gənc Əziz Haqverdiyev əsir götürülüb.
Əsir götürülən şəxs haqqında bir sıra iddialar səsləndirilib. Belə ki, onun Rusiya ordusuna qatılaraq Ukrayna əleyhinə vuruşduğu və ya evlərini tərk edən ukraynalıların evlərindən oğurluq etdiyi deyilir.
Əzizin qardaşı Elçin Haqverdiyev səsləndirilən iddialarla bağlı azxəbər.com-a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Əzizdən yeni bir xəbər var?
- Hələlik heç bir yenilik yoxdur.
- Rusiya ordusunda Ukraynaya qarşı döyüşdüyü deyilir.
- Bu necə ola bilər axı? Əziz tələbədir, o Ukraynada, FHN akademiyasında təhsil alır. 10 gün içərisində necə Rusiya tərəfə keçə bilər? Neçə ildir Ukraynada tələbə olan Əziz necə belə addım ata bilər? Son dəfə fevralın 21-i anamla danışıb və ona pul göndərmişik.
- Boş evlərdən oğurluq etməsi iddiaları ilə bağlı nə deyə bilərsiniz?
- Boş evdən nə oğurlaya bilər ki? Uzağı çörək götürə bilər. Camaat acından ölür orada. Hamı zirzəmiyə yerləşdirilib. Kart sistemi, bankomat işləmir. Bu zaman çörəyi haradansa götürməlisən. Düzü heç ona da inanmıram.
- Əzizin Rusiyaya münasibəti necədir?
- Əziz namazqılan, tərbiyəli, mədəni oğlandır. O, niyə Rusiya tərəfdən döyüşməlidir? Bu variantı mən heç cür qəbul edə bilmirəm.
- Bəs Azərbaycana gətirilməsi ilə bağlı hansı işlər görülür?
- Xarici İşlər Nazirliyinə ərizə ilə müraciət etmişik. Hazırda Qızıl Aypara Cəmiyyətindəyik. Başqa əlimizdən heç nə gəlmir.
Qeyd edək ki, Əziz adlı şəxs əsir düşərkən ev ünvanını açıqlayıb və anasından onu bağışlamasını istəyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət