Ukraynada olan azərbaycanlı sürücülərin təxliyəsi ilə bağlı AÇIQLAMA
Yusif Nəzərli
09:47 02.03.2022
Aktual
559
Ukraynada olan azərbaycanlı sürücülərin daha bir qrupu təxliyə edilib.
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin rəhbəri Ruslan Eldaroğlunun verdiyi məlumata görə, bu gün səhər saatlarında Odessa şəhərində cəmləşən 12 yük maşını Moldova respublikasına yola düşür.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və ABADA-nın aidiyyəti qurumlarla apardığı danışıqların nəticəsi olaraq, sürücülər Moldova-Rumıniya-Bolqarıstan-Türkiyə marşrutu üzrə hərəkət edəcəklər.
Sürücülərin təxliyəsi ilə bağlı həmin ölkələrdəki səfirliklərimizə məlumat verilib. Keçidin sadələşdirilməsi üçün müvafiq işlər görülüb.
ABADA tərəfindən yola düşən sürücülərin yanacaq təminatı da həll edilib. Bu təxliyə prosesində Kiyevdə cəmləşən doqquz nəqliyyat vasitəsi var.
Növbəti mərhələdə Kiyev və digər ərazilərdən olan bir neçə yük maşınının da təxliyəsi planlaşdırılır.
Bundan öncəki təxliyə prosesi zamanı yeddi yük nəqliyyat vasitəsi Ukrayna hüdudlarından çıxarılıb.
Hazırda onlardan altısı Bolqarıstanda, biri isə Rumıniya ərazisindədir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət