Ukraynadan daha 201 Azərbaycan vətəndaşı ölkəyə gətirilib
Yusif Nəzərli
15:57 04.03.2022
Aktual
547
Ukraynadakı vəziyyətlə əlaqədar olaraq təxliyə olunan Azərbaycan vətəndaşlarının olduğu daha bir təyyarə reysi Bakıya çatıb.
Xarici İşlər Nazirliyindən “Report”a verilən məlumata görə, bununla da sayca 6-cı reys həyata keçirilib və Ukraynadakı vəziyyətlə əlaqədar olaraq ümumilikdə 1100 nəfər Azərbaycan vətəndaşı Vətənə gətirilib.
Bu gün isə Rumıniyanın Yassı hava limanından AZAL-ın növbəti təxliyə reysi həyata keçirilib və 13-ü azyaşlı olmaqla 201 Azərbaycan vətəndaşı ölkəmizə evakuasiya olunub.
Hazırda avtobuslar vasitəsilə vətəndaşlarımızın təxliyəsi davam etdirilir. Təxliyə həm Moldova, həm də Türkiyənin İstanbul şəhəri üzərindən reallaşdırılır.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, AZAL hər gün həmvətənlərin ixracı üçün təxliyə uçuşları həyata keçirir. Azərbaycan vətəndaşları üçün təxliyə reysləri ödənişsizdir.
Ukraynanı tərk etmiş ölkəmizin vətəndaşları Vətənə qayıtmaq üçün Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri ilə əlaqə saxlaya bilərlər
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət