Ukraynadan təxliyə edilən 168 Azərbaycan vətəndaşı Bakıya gətirildi
Yusif Nəzərli
16:25 28.02.2022
Aktual
758
Ukraynadakı vəziyyətlə əlaqədar təxliyə olunmuş 168 Azərbaycan vətəndaşı bu gün gecə saatlarında ilk təyyarə ilə Bakıya gətirilib.
Ukraynanın Azərbaycanda fəxri konsulu Mehrəli Qasımov Xəzər TV-yə müsahibəsində bildirib ki, vətəndaşlar xüsusi ayrılmış yerüstü nəqliyyat vasitələri ilə Ukraynanın Moldova ilə olan sərhəd-keçid məntəqələrindən Kişinyov şəhərinə çatdırılıb.
Moldovanın paytaxtından vətəndaşlar Rumıniyanın Yassı şəhərinə yönləndirilib və daha sonra təyyarə vasitəsilə İstanbula, sonra isə Bakıya göndərilib. Fəxri konsul Mehrəli Qasımovun sözlərinə görə, təyyarələr NEQSOL Holding tərəfindən humanitar dəstək çərçivəsində təşkil olunub.
Mehrəli Qasımov vətəndaşların təxliyəsinin davam etdiyini vurğulayıb.
“Xarici İşlər Nazirliyi gücləndirilmiş iş rejimindədir, bizim səfirliklərimiz və konsulluqlarımız da bütün güclərini səfərbər ediblər”, - deyə fəxri konsul bildirib.
Hazırda Kişinyovda 600-yə yaxın Azərbaycan vətəndaşı toplanılıb. Fəxri konsulun verdiyi məlumata əsasən vətəndaşlar Azərbaycanın Moldovada olan səfirliyinin ərazisində, həmçinin səfirlik tərəfindən təşkil olunmuş digər məkanlarda yerləşdirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət