"Ulu öndər Vətənimizi oddan - alovdan, təhlükələrdən qurtardı" - Şəbnəm Həsənova
Turan
09:07 10.05.2020
Aktual
1213
"Hər bir insan dünyaya göz açmadan öncə Tanrı onun alnına taleyini yazır və çiyninə məsul bir missiya qoyur".
Bunu "Sherg.az"a açıqlamasında politoloq Şəbnəm Həsənova bildirib.
Siyasi şərhçinin sözlərinə görə, bəzi seçilmiş insanları Allah bir neçə missiya ilə taclandırır:
"Bu fərq də hər insana nəsib olmur. İllərin axışı, tarix və zaman kimin bu taca layiq olduğunu sübut edir. Bəli, Heydər Əliyev məhz o seçilmiş bəndələrdən idi. O mənada ki, Heydər Əliyev sadəcə müstəqil Azərbaycanı qurmaqla kifayətlənməyib. Xalqına özündən sonra da yaratdığı, memarı olduğu Azərbaycanı layiqli şəkildə idarə edəcək miras qoyub. “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” deyən Ulu öndər Heydər Əliyev bütün ömrünü xalqına həsr etməklə, onun səsinin dünyanın ən yüksək tribunalardan gəlməsinə nail olmaqla əsaslı bir məktəbin təməlini qoydu. Bu gün hər bir Azərbaycan gənci o şərəfli məktəbin layiqli şagirdi olmaq uğrunda əzmlə çalışır. Bu sözlər hər bir Azərbaycan vətəndaşının zehninə həkk olunub. Böyükdən-kiçiyə hər kəs üçün yaddaş kitabçası rolunu oynayır. Bu fikirlər insan ömrünün özünü xalqına, millətinə, dövlətinə, onun parlaq gələcəyinə ruhlandıran əsas düstur, onu işıqlı sabahlara səsləyən ən başlıca şüarlardan biridir".
Ş.Həsənova bildirib ki, Azərbaycançılıq məfkurəsinin müəllifi, müasir Azərbaycanın memarı və qurucusu Ulu öndər Heydər Əliyev Azərbaycanı bütün dünyaya tanıdıb:
"Ulu öndər ölkəmizə əbədi müstəqillik bəxş edib, Vətənimizi oddan - alovdan, təhlükələrdən xilas edib. Ən önəmlisi isə məhv olmağın astanasında dayanan xalqımızın milli qururunu özünə qaytarıb. Bu gün cənab Prezident İlham Əliyev yürütdüyü daxili və xarici siyasətində Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısıdır. 1990-cı illərin tarixin uçqunlarının altında qalmış Azərbaycanı, onun qələbə məşəlini zirvələrə qaldıran Ümumilli lider Heydər Əliyev oldu. O məşəli zirvədə böyük bir əzmkarlıqla və daim parlaq yanmasını təmin etməklə tutan cənab Prezident İlham Əliyevdir. Bu gün Azərbaycan həyəcanla və təşvişlə “Sabah necə olacaq?” sualına yox, “Gələcəyimi necə daha parlaq edə bilərəm?” – sualına əminliklə cavab axtarır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol