"Ulu öndərin şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir" - Elman Nəsirli
Şəymən Bayramova
12:30 10.05.2020
Aktual
893
Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ili qeyd edilir. Hər il mayın 10-da Ulu Öndərlə bağlı xatirələr bir daha dilə gəlir, ölkə ictimaiyyəti Azərbaycanın inkişafında misilsiz xidmətlər göstərmiş tarixi şəxsiyyətin missiyalarından danışır, öz xatirələrini bölüşürlər.
Millət vəkili, siyasi elmlər namizədi Elman Nəsirlinin də qeyd etdiyi kimi Azərbaycan xalqı qəlbində əbədi heykəlini qoyduğu ulu öndərin anadan olmasının 97-ci ildönümünü onun siyasi xətti ətrafında daha sıx və monolit birlik nümayiş etdirərək qeyd edir:
"Eyni zamanda xalqımız Heydər Əliyevin fiziki itkisindən nə qədər çox kədərlənsə də, təskinliyini onda tapır ki, bu gün ulu öndərin şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Zəmanəmizin dühasından “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, - qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. O, Azərbaycanın çağdaş tarixinə yeni missiya ilə daxil olmuşdur. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Bu mərhələ inqilabi xarakterli, dərin və hərtərəfli islahatlar kursu ilə xarakterizə olunur.
Sabitlik, təhlükəsizlik və inkişaf bu mərhələni tam xarakterizə edən ifadələrdir. Sözün həqiqi mənasında son 17 il ərzində ölkəmizdə sabitlik və əminamanlıq hökm sürüb. Azərbaycan bu gün müsəlman dünyasında bir sabitlik adası kimi məşhurdur. Təkcə sabitliyin olmaması kifayətdir ki, dövlət xaos və anarxiyaya yuvarlansın. Qonşu regionlarda və dünyada baş verən qanlı münaqişələr toqquşmalar, müharibələr, risqlər və təhdidlər fonunda ökləmizdə həyat tərzinə çevrilmiş sabitlik mühiti bizim tarixi nailiyyətimiz və sərvətimizdir".
Millət vəkili hesab edir ki, sabitlik və təhlükəzsizliyimizin təminatçısı Azərbaycan xalqı və onun hakimiyyətlə olan monolit birliyidir. Səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyidir:
"Bu birliyin kökündə dayanan əsas amil xalqın öz Prezidentinə olan inamı, etimadı və etibarı ilə bağlıdır. Prezidentin xalqının sevgisini qazanmasını şərtləndirən əsas amil isə, onun hər hansı beynəlxalq siyasi dairənin və ya dövlətin diqtəsi altında deyil, məhz öz xalqının mənafeyindən irəli gələn bir siyasəti həyata keçirməsidir. Həmin siyasətin adına müstəqil siyasət deyirlər. Bəli, Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün dünyada müstəqil siyasət həyata keçirən lider kimi tanınmış və nüfuz sahibi olub. Müstəqil siyasət həyata keçirmək çətin, mürəkkəb, lakin şərəfli fəaliyyətdir. Dövlət başçısının özünün qeyd etdiyi kim, ən asan olan hər hansı bir böyük dövlətin qanadları altına sığınıb öz siyasətini həyata keçirməkdir. Lakin bu siyasət heç bir halda hakimiyyətin mənbəyi olan xalqın milli mənafeyni nəzərə ala bilməz. Prezident İlham Əliyev üçün hər şeydə ümdə olan məhz milli maraqlardır. Elə bu səbəbdən dövlətimizn rəhbəri İlham Əliyev çətin, lakin şərəfli yolu seçmişdir. Bu yol isə bizə ulu öndər Heydər Əliyevdən miras qalıb. Məhz bu yolla getdikdə xalq öz taleyinin sahibi olur. Bu yol yegənə düzgün yoldur. Prezident İlham Əliyev Azərbaycanı uca zirvələrə aparır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol