
Vacib məsələlərdən biri də Ordumuzda qohum-əqrəba şəbəkəsinin dağıdılmasıdır - Əliməmməd Nuriyev
11:42 13.03.2022
Aktual
633
"Korrupsiya şəbəkəsini tamamilə dağıtmaq, qazıyıb köklərini çıxarmaq ölkəmizin milli təhlükəsizlik məsələsidir"
“Müdafiə Nazirliyində DTX-nın keçirdiyi anti-korrupsiya əməliyyatı və həbslər davam edir. Bu həbslər Müdafiə Nazirliyində geniş korrupsiya şəbəkəsinin mövcud olmasından və dərin kök salmasından xəbər verir”.
“Sherg.az” xəbər verir ki, bu barədə Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev deyib.

Ekspert bildirib ki, korrupsiya şəbəkəsini tamamilə dağıtmaq, qazıyıb köklərini çıxarmaq ölkəmizin milli təhlükəsizlik məsələsidir:
“Bu prosesi yalnız alaq etməklə yekunlaşdımaq, prosesi yarımçıq saxlamaq müzəffər Ordumuza böyük zərbə olardı. İndiyə qədər ictimaiyyət üçün açıqlanan məlumatların təhlili göstərir ki, korrupsiya şəbəkəsi yalnız Orduya ayrılmış maliyyə vəsaitini mənimsəməklə məşğul olmurmuş. Həmçinin istisna deyil ki, xarici qüvvələrə xidmət etməklə, bilə-bilə Silahlı Qüvvələrimizin döyüş potensialını aşağı salmağı da məqsəd kimi qarşıya qoyub. Hesab edirəm ki, orduda korrupsiya halları ilə bağlı araşdırma daha genişmiqyaslı olmalı, müvafiq rəhbər şəxslər də məsuliyyətdən kənarda qalmamalıdır. Biz Nazirliyin tibb xidməti ilə bağlı da şikayətlər alırıq. Bu sahəyə də diqqət yetirilməlidir”.
Ə.Nuriyevə görə, vacib məsələlərdən biri də Ordumuzda qohum-əqrəba şəbəkəsinin dağıdılmasıdır:
“Nazirliyin rəhbər şəxslərinin yaxın qohumlarının korrupsiya riski yüksək olan sahələrdə vəzifəyə gətirilməsi korrupsiya üçün mübit şərait yaradır. Bütün bu tədbirlərlə yanaşı müdafiə sektoruna parlament və ictimai nəzarətin gücləndirilməsi üzərində düşünmək zəruridir. Azərbaycan bu sahədə beynəlxalq reytinqlərdə geri qalır və ölkəmizi bu tənqidlərdən qorumaq üçün müvafiq addımlar atılmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət