Vüqar Rəhimzadə: "Heydər Əliyevin hakimiyyətə gəlişi ölkəmizdə vətəndaş müharibəsinin qarşısını aldı"
Fidan Həmişəyeva
14:21 01.10.2019
Aktual
748
Ümumilli lider Heydər Əliyevin Prezident seçilməsi ilə Azərbaycan tarixinin yeni mərhələsi başladı. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı. Ulu Öndər 98.84 faiz səslə Azərbaycan Prezidenti seçildi.
Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi. Heydər Əliyevin seçkilərdə bu cür böyük üstünlüklə qələbə qazanması qədirbilən xalqımızın onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamdan qaynaqlanırdı. Azərbaycan xalqı bilirdi ki, bu ağır və böhranlı dövrə ölkəyə sahib çıxa biləcək Heydər Əliyev kimi liderə ehtiyacı var.
“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Sherg.az-a bildirdi ki, ulu öndər Heydər Əliyev xalqın istəyi ilə hakimiyyətə gəldiyi zaman Azərbaycanda iqtisadi tənəzzül günü-gündən dərinləşirdi.
Baş redaktor söylədi ki, həmin dövr siyasi qruplaşmaların tüğyan etdiyi bir dövrə təsadüf edirdi:
“İnsanların sabaha olan inamı itmişdi. Heydər Əliyevin hakimiyyətə gəlişi ölkəmizdə vətəndaş müharibəsinin qarşısını aldı, iqtisadi tərəqqinin prinsipləri müəyyən olundu, ölkədə siyasi sabitlik bərqərar oldu. Beləliklə Azərbaycan müstəqil dövlət kimi formalaşdı və dünyaya interqrasiya proseslərinə başladı. Heydər Əliyev 1993-cü il oktyabrın 3-də hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycanın varlığından söhbət gedə bilməzdi. O Azərbaycanı qorudu, ölkəmizi dünyaya təqdim etdi. Heydər Əliyev çox ağır bir dövrdə hakimiyyətə gəldi və 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandı. İqtisadi imkanlarımız genişləndi, 1995-ci ildə müstəqil Azərbaycan dövləti Konstitutsiyasını yaratdı. Beləliklə Azərbaycan bütövlükdə müasir, qüdrətli dövlət oldu”.
V.Rəhimzadə vurğuladı ki, ümummilli liderin hakimiyyəti gəlişi ilə mətbuatımız qorundu, senzura aradan qaldırıldı:
“Ölkəmizdə zəngin qanunvericilik bazası yaradıldı və insanların sabaha olan inamı bərpa olundu. Azərbaycan dövləti həm iqtisai-siyasi, həm də sosial baxımdan bütün sahələrdə uğurlar qazandı. Bu gün siyasətimiz uğurla davam etdirilir. Cənab Prezidentimiz İlham Əliyev ulu öndərin siyasətinə söykənərək Azərbaycanı daha müasir şəkildə dünyaya təqdim edir. Bu gün Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələri sırasındadır. Azərbaycanda ordu quruculuğu, siyasi və sosial həyatımızda mövcud olan uğurlar, iqtisadiyyatımızın inkişafı məhz çətin illərdə təməli qoyulmuş siyasətin məntiqi davamıdır. Hər kəs cəsarətlə müstəqil və güclü Azərbaycan dövlətinin var olduğunu vurğulaya bilər. Heydər Əliyevin adı harada çəkilirsə, gözümüzün önündə qüdrətli Azərbaycan canlanır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi