Yaşar Gülərin səfəri Azərbaycanın tək olmadığını göstərir - RƏY
Yusif Sultanoğlu
17:16 28.08.2023
Aktual
603
"Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin və bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Metin Gürakın Azərbaycanda eyni vaxtda səfərdə olması bir neçə aspektdən dəyərləndirilə bilər".
Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib.
O bildirib ki, iki qardaş ölkənin liderləri bu münasibətləri sözdə deyil, əməldə də təsdiq edərək, 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsi ilə rəsmiləşdirdilər:
"Bu Bəyannamə ölkələrimizin regional və qlobal təhlükələrə qarşı vahid güc halında cavab verəcəyinin mesajı idi.
Böyük güclərin mübarizə meydanına çevrilən dünyada qazanan tərəf olan Azərbaycan diqqətləri öz üzərinə çəkməyi bacardı. Bu da bəzi mənfi tendensiyalarla müşahidə olunmaqdadır. Belə ki, 44 günlük Vətən müharibəsindən sonra ölkəmizə qarşı açıq şəkildə hansı dövlətlərin qərəzli davrandığının şahidi oluruq. Bu kimi məsələlər də Azərbaycan-Türkiyə müttəfiqliyini vacib edən amillərdəndir ki, iki dövlət təkcə Cənubi Qafqazda deyil, kənardan da ehtimal olunan təhlükələri zərərsizləşdirməyi bacarır.
Bu məqsədlə mütəmadi şəkildə Azərbaycan-Türkiyə müdafiə nazirləri əlaqə saxlayır, görüşürlər.
Bu günlərdə keçirilən görüşlər də bu qəbildəndir ki, zaman itirmədən real addımlar atılır və ordular komplektləşdirilib, gücləndirilir.
Eyni zamanda, Azərbaycan ilə Türkiyə orduları arasında çoxsaylı təlimlərin keçilməsi də qarşılıqlı koordinasiyanı təmin edən amillərdəndir ki, iki ölkənin hərbçiləri bir-birini anlasınlar. Bu, başa verə biləcək döyüşlərdə ortaq dilin, anlaşmanın önəmini həyati amil kimi ortaya qoyur.
Bildiyimiz kimi, Türkiyə ordusu ən müasir silah arsenalına malik dövlətlərdən biridir. İki ölkə arasındakı təlimlər, aparılan müzakirələr Azərbaycan Ordusunda da bu kimi müsbət keyfiyyətlərin formalaşmasına kömək edəcək. Misal olaraq, qeyd edə bilərik ki, indinin özündə də Ukrayna hərbçiləri Avropanın inkişaf etmiş ölkələrində təlimlərə cəlb olunurlar".
Analitikin sözlərinə görə, üzbəüz danışıqların, müzakirələrin və eyni anda iki yüksək rütbəli şəxslərin Azərbaycana gəlməsi ən müasir silahların və texniki cihazların ölkəmizdə də fəaliyyətinin təşkilini nəzərdə tuta bilər:
"Bu da həm müdafiə, həm də hücum potensialının səviyyəsini yüksəldən praktiki əməllərdir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlarının birində bildirmişdi ki, Rusiyanın 2025-ci ildə Qarabağdan çıxacağına inanır. Bunu əslində bir xəbərdarlıq kimi də qiymətləndirmək olar. Bu məqsədlə də Azərbaycan ərazilərində olan qanunsuz silahların təmizlənməsi prosesi həyata keçirilə bilər. Çünki Ukraynada davam edən müharibə bu prosesə əlverişli zəmin yaradır. Digər bir məsələ isə Fransanın da Qarabağdakı erməniləri himayə etməsi ilə bağlıdır. Bu da bölgədə mövcud vəziyyət barədə yanlış təəssürat formalaşdıran və Ermənistanı birtərəfli qaydada müdafiə edən Faransanın sülh prosesini əngəlləməsi ilə bağlıdır. Eyni zamanda, rəsmi Paris mütəmadi olaraq ölkəmiz əleyhinə təxribatlara əl atır, beynəlxalq təşkilatlar qarşısında bəyanatlar səsləndirib dövlətimizə qarşı müxtəlif təzyiqlər etməyə çalışır. Bunun da əsas səbəbi Laçın dövlət sərhədindən buraxılış məntəqəsinin ermənlərin məqsədlərinə xidmət etməsinə çalışmaqdır ki, oradan əvvəlki kimi qanunsuz olaraq istifadə edilsin. Amma bu kimi halları nəzərə alan Azərbaycan həm siyasi platformalarda, həm də hərbi və təhlükəsizlik sahəsində Türkiyə ilə koordinasiyalı hərəkət edir, bütün imkanları dəyərləndirir, lazımi addımları atır.
Bu baxımdan da Türkiyənin milli müdafiə nazirinin və Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin ölkəmizə səfəri Azərbaycanın tək olmadığını və bütün təhdidlərə qarşı istənilən cavabı verə biləcəyini göstərir".
Qeyd edək ki, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Metin Gürak Azərbaycanda səfərdədirlər.
Prezident İlham Əliyev avqustun 27-də Yaşar Güləri, avqustun 28-də isə Metin Gürakı qəbul edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm
İsrail Suriyanın cənubundakı hərbi obyektlərə hücum edib
11:24 20.03.2026
Dünya
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılıb
11:15 20.03.2026
Hadisə