
Zamanı çatıb: Ermənistan Zəngəzur məsələsində real addımlar atmalıdır
08:11 23.05.2024
Aktual
522
Ermənistan Parlamentinin spikeri Alen Simonyan Lüksemburq Deputatlar Palatasının sədri Klod Vislerlə birgə mətbuat konfransında deyib ki, Ermənistanla Azərbaycan arasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və regional kommunikasiyaların açılması üzrə danışıqlar davam etdirilir:
“Ermənistan Azərbaycanla müzakirələrdə maraqlıdır. Biz 10 noyabr 2020-ci il bəyanatına uyğun olaraq bütün nəqliyyat kommunikasiyalarının açılmasını dəstəkləyirik. Ümid edirik ki, bu proses uğurla nəticələnəcək”.
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov "Sherg.az"a açıqlamasında bildirib ki, 30 illik düşmənçilik Ermənistan cəmiyyətinə ən böyük zərbəni vurub:
"Çünki dövrümüzdə qonşusuna qarşı düşmənçilik siyasəti yürüdən, regionda sülhü pozan dövlətin inkişaf etməsi demək olar ki, mümkün deyil. Bu səbəbdən Ermənistanın Azərbaycanla normal münasibətlər qurmaqdan başqa şansı yoxdur. Nəqliyyat kommunikasiyalarının açılması məsələsinə gəldikdə isə burada Ermənistanın üzərinə öhdəliklər düşüb. Həmin öhdəliklərdən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Rəsmi İrəvan zaman-zaman bu prosesdən yana olduğunu dilə gətirsə də, problemin həlli üçün real addımlar atmayıb. Bu müddət ərzində isə rəsmi Bakı Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirəcək dəmir və avtomobil yolunun çəkilməsi ilə bağlı böyük işlər görüb".

Analitik əlavə edib ki, Ermənistan ötən ilin sonundan başlayaraq sülh prosesləri ilə bağlı pozitiv addımlar atıb:
"Buna sərhədlərin delimitasiya və demarkasiyası prosesinə başlanmasını, sülh sazişinin mətninin müzakirəsini, Qazaxın 4 kəndinin qaytarılması kimi işləri nümunə gətirmək olar. Hesab edirəm ki, artıq Ermənistan Zəngəzur məsələsində Azərbaycan kimi real addımlar atmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya