Volodimir Zelenski ABŞ Prezidentinin elçisi Stive Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerin bazar günü Kiyevə səfər edəcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti özünün "Telegram" kanalında məlumat yayıb.
O bildirib ki, Amerika nümayəndələrinin yaxın günlərdə Ukrayna və Rusiyada olacağı bu gün artıq dəqiq müəyyən edilib. Təfərrüatlar Amerika prezidentinin komandasından əldə edilə bilər. Bu gün Stiven Uitkoff və Cared Kuşnerin bazar günü Moskva və Kiyevə səfər edəcəklərini müzakirə etdik".