2016-сı ilin “Dünya Gözəli” seçildi




Puerto-Riko təmsilçisi Stefani Del Valye "Dünya Gözəli 2016” müsabiqəsinin qalibi seçilib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, müsabiqə ABŞ Merilend ştatında keçirilib.

Müsabiqənin vitse-dünya gözəli Miqelina Reyes Ramires (Dominikan Respublikası), ikinci vitse-gözəli isə Nataşa Manuella (İndoneziya) olub .

"Dünya Gözəli” müsabiqəsi 1951-ci ildən etibarən keçirilir.