37 ildən sonra səhraya qar yağdı



 
Son 37 ildə ilk dəfə Afrikanın Saxara səhrasına qar yağıb.
Axşam.az-ın "Ria.ru"ya istinadən məlumatına görə, bu barədə Əlcəzairin şəhərində fotoçəkilişlər aparan həvəskar-fotoqraf Kərim Buşettat öz "Facebook" səhifəsində paylaşıb. O, bildirib ki, qar səhrada 1 gün qalıb, sonra əriyib.

Buşettatın çəkdiyi fotolarda səhranın qırmızı-sarı qumları üzərində nazik qar təbəqəsi görsənir.

Qeyd edək ki, səhrada belə bir hadisə ikinci dəfədir təkrarlanır. Sonuncu dəfə bu əraziyə qar 1979-cu ildə yağıb.