4 il çəkdi...
23:29 10.03.2021
Arxiv
679
İki şimpanze qəbiləsi arasında müharibəni eşitmişdinizmi?
Müharibələrin həmişə insanlar arasında olacağına dair bir qayda yoxdur. Bəzən heyvanlar arasında da zaman-zaman belə müharibələrə rast gəlmək mümkündür.
"Şərq" xarici mətbuata istinadən xəbər verir ki, belə bir hadisə 1974-1978-ci illərdə Tanzaniyada baş verib. Belə ki, 1974-cü ildə Kahama və Kasakela adlı iki şimpanze qəbiləsi arasında müharibə başlayıb. Maraqlısı budur ki, bu müharibə düz 4 il davam edib. 4 illik müharibənin məqsədi Kasakela qəbiləsinin Kahama qrupunun torpaqlarını işğal edərək qida ehtiyatlarını ələ keçirmək olub. Həmin müharibə ilk dəfə Kasakela qrupundan olan 6 şimpanze tərəfindən başladılıb. Belə ki, altı Kasakeladan olan meymun dəstəsi ağacın üstündə meyvə yeyən Kahama qəbiləsindən olan Qodi adlı gənc bir meymunu mühasirəyə alır. Onlar onu ağacdan yıxaraq yerə sürükləyirlər. Qodini qollarından və ayaqlarından tutaraq döyüb və dişləyirlər.
Hətta bir neçə dəfə böyük bir qayaya çırpırlar. Qodi bitəhər onlardan canını qurtarır və sürünərək oradan uzaqlaşır. Bundan sonra o bir daha görünmür. Ehtimal ki, o, döyülmədən sonra ölür. Daha sonra iki qəbilə arasında yerləşən Kalande qrupu və Kasakela arasında sərhəd toqquşmaları baş verir. Kalande qrupu ondan üstün olan Kasakela qəbiləsinə təslim olur.
Bundan sonra həmin torpaqlar Kasakela və Kahama qəbiləsinin müharibə meydanına çevrilir. Bu taktikalardan istifadə edərək Kasakela sakinləri növbəti dörd il ərzində sistematik olaraq Kahama kişilərini bir-bir axtarıb pusquya salıb öldürürlər. Hətta Kahama qəbiləsindən olan Passion adlı ana meymun qorxunc bir şəkildə, bəlkə də stres səbəbindən uşaqlarını öldürməyə və öz əsgərlərini yeməyə başlayır. 1977-ci ildə Kahama kişilərinin sonuncu iki nümayəndəsi Çarli və Sniff öldürülür. Birliyin kişiləri tamamilə bitdikdən sonra Kasakela basqınçıları qadınlara üz tuturlar. Onlar zorla Kasakela torpağına sürgün edilirlər və bütün körpələri məhv edilir. 1978-ci ildə Kahama bölməsi artıq mövcud olmur. Demək olar ki, tamamilə və sistematik şəkildə silinir.
Mütəxəssislər bu hadisənin iki əsas səbəbi olduğunu güman edirlər. Onlar hesab edir ki, bu, sadəcə sosial qarşıdurma və regional gücə sahib olmaq uğrunda mübarizə idi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat