40 gün yerin altında yaşayacaqlar


"45 metr dərinlikdə yerləşən mağarada yaşayacaq komandanın bu müddətdə gün işığı, ağıllı telefonları və vaxtı göstərən hər hansı bir cihazları olmayacaq"

Fransada bir qrup könüllü insan sinirlərinin sınanması üçün bir eksperiment çərçivəsində mağaraya salınıb. 27-50 yaş arası 15 nəfər burada 40 gün yaşayacaq.
Qeyd edilib ki, onlara smart telefonların verilməsi də qadağandır.
Fransanın "Ariege" bölgəsində yerdən 45 metr dərinlikdə yerləşən mağarada yaşayacaq komandanın bu müddətdə gün işığı, ağıllı telefonları və vaxtı göstərən hər hansı bir cihazları olmayacaq.
Bildirilib ki, müxtəlif yaş və peşəyə sahib olan insanlar biri-birlərini əvvəlcədən tanımırdılar. Onlar yalnız  "Dərin Zaman" adlı sözügedən layihə çərçivəsində bir araya gəliblər. 
30 nəfərlik elmi qrup könüllülərin vəziyyətini onların özlərinə yapışdırılmış sensorlu ağıllı cihazlarla izləyəcəklər.
Təcrübənin məqsədi kosmik səyahətlər və ya başqa bir planetdəki həyat üçün lazım olan məlumatları toplamaqdır.
Bundan əlavə, komanda insanların belə vəziyyətlərdə yaşamasının mümkün olub-olmadığını müəyyənləşdirməyə kömək edəcək.