43 cinayətkar saxlanılıb - DİN


Daxili İşlər Nazirliyi geridə qoyduğumuz gün ərzində respublikada baş verən cinayət hadisələrinin statistikasını açıqlayıb.
DİN mətbuat xidmətindən "Sherg,az"a verilən məlumata əsasən, gün ərzində törədilən 28 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin edilib.
Axtarışda olduğuna görə ümumilikdə 15 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş verən 1 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər həyatını itirib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt qeydə alınıb.
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.