"90 faiz kirayəçi ilə kirayənişin arasında müqavilə bağlanmır" - POZUNTU

Ramil Osmanlı: "Hətta hüquqi müstəvidə deyil, şəxsi qaydada məsələni həll etdiklərinə görə, bu iş kriminal hadisələrə qədər gedib çıxır"


"Evini kirayə verən insanlar və kirayəşinlər arasında müqavilələr imzalanmalıdır”.

Bunu "Sherg.az"-a Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib. 

Ekspert hesab edir ki, 90 faiz insan müqavilələrdən istifadə etmir:

"Bu məsələ dövlət tərəfindən nəzarətə götürülməlidir. Dəfələrlə müzakirə olunub, hətta ayrı-ayrı qurumlar tərəfindən Nazirlər Kabinetinə təkliflər də göndərilib. Buna baxmayaraq konkret nəticə əldə olunmayıb. Müqavilələrin imzalanmaması tərəflər arasında problemlərə gətirib çıxarır.

Hətta hüquqi müstəvidə deyil, şəxsi qaydada məsələni həll etdiklərinə görə, kriminal hadisələrə qədər gedib çıxır. 

Vergidən yayınma və hüquqi proseduraların yerinə yetirilməməsi ilə bağlı da narahatlıqlar yaranır. Ona görə, kirayəşinlər və ev sahibləri arasında müqavilələrin imzalanması zəruridir”.

Aysel Aslan