ABŞ-dan Türkiyəyə "100 milyardlıq" səfər


ABŞ Ticarət naziri Vilbur Ross Türkiyədə səfərdədir.

"Sherg.az" Axar.az-a istinadən xəbər verir ki, ötən gün başlayan səfər çərçivəsində Ross İstanbulda mühüm görüşlər keçirəcək.

Onun Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən də qəbul edilməsi gözlənilir.

Rossun keçirəcəyi görüşdə ABŞ-la Türkiyə arasındakı ticarət həcminin 100 milyard dollara artırılması məsələsi gündəmə gətiriləcək.