“ABŞ-la əlaqələrimizin möhkəmlənməsinə maneə yoxdur” - Novruz Məmmədov
10:35 11.02.2017
Arxiv
385
"Azərbaycan ABŞ-la həmişə yaxşı münasibətlər qurmağa çalışıb, əməkdaşlıq edib”.
APA-nın məlumatına görə, bunu Prezident Administrasiyasının rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ABŞ-da yeni administrasiya ilə bağlı münasibətləri şərh edərkən deyib.
O bildirib ki, bu proseslərdə Azərbaycanın dövlətçilik maraqlarının qorunması Azərbaycan prezidentinin əsas vəzifəsi olub:
"Bunu da həmişə əsas proses kimi aparırıq. Bu nöqteyi-nəzərdən müəyyən məsələ ilə bağlı narazılıq olanda açıq demişik, mövqeyimizi bildirmişik. ABŞ-la Azərbaycan arasında münasibətlər bu günə kimi çox yaxşı olub. Ötən il Azərbaycan prezidentinin ABŞ-a uğurlu səfəri oldu. Gözəl görüşlər keçirildi, əlaqələrimizin əhəmiyyəti bir daha qeyd olundu və davam etdirilməsi niyyəti bildirildi”.
Azərbaycan-ABŞ əlaqələrində elə bir problem olmadığını vurğulayan N. Məmmədov "Düşünürəm ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcək, genişləndiriləcək”, deyə bildirib.
O, dünyada sülhün, sabitliyin davam etdirilməsinin vacib olduğunu açıqlayıb: "Azərbaycan elə regionda yerləşir ki, kiçik dövlət olsa da, onun mühüm dövlət olması faktdır. Bu illər ərzində böyük beynəlxalq layihələrinin həyata keçirilməsində təşəbbüskar aparıcı rol oynamışıq. Bu baxımdan enerji və nəqliyyat layihələrini qeyd etmək lazımdır. Azərbaycanla əməkdaşlıq etmək hər bir böyük dövlətin marağı çərçivəsindədir. Mən bu məsələsə optimistəm. ABŞ-ın yenin prezidenti Donald Tramp müəyyən mənada prezidentlik konsepsiyasını açıqlayıb, əvvəl daxili proseslərə diqqət yetirəcəyini deyib və ardınca bəzi xarici siyasət məsələlərini ortaya qoyub. Düşünürəm ki, iki ölkə arasında münasibətlərin genişlənməsinə, möhkəmlənməsinə maneə yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial