Adil Qeybulla peyvənd olundu

Həkim Adil Qeybulla COVID-19 əleyhinə peyvənd olunub.
Bu haqda o sosial şəbəkə hesabında paylaşma edib.
Həkim paylaşımında hər kəsi peyvənd olunmağa dəvət edib:
“Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Korpusunda qrafik üzrə - 28 gün fasilə ilə COVID-19 əleyhinə peyvənd olundum. Peyvənd tərəddüdü olanlara tövsiyəm: “Şayiələrə uymayın, peyvənd olunun. Profilaktika müalicədən çox önəmlidir!”