
Akademik Arif Mehdiyev II Fəxri xiyabanda dəfn olunub - YENİLƏNİB
11:38 20.12.2016
Arxiv
637

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyevlə vida mərasimi keçirilib.
APA-nın məlumatına görə, mərasimdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, baş nazirin müavini Elçin Əfəndiyev, təhsil naziri Mikayıl Cabbarov və digər rəsmilər iştirak ediblər.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə mərasimdə çıxış edərək A. Mehdiyevin ölümünü Azərbaycan elminə böyük itki kimi qiymətləndirib. O qeyd edib ki, Azərbaycanda fizika elminin inkişafında A. Mehdiyevin böyük xidmətləri olub: "Arif Mehdiyev Moskvada təhsil alandan sonra istedadlı alim kimi Bakıya qayıtdı və fizika sahəsinə öz töhfələrini verməyə başladı. Qısa zaman ərzində o, görkəmli alim kimi tanındı, böyük uğurlara imza atdı. Arif Mehdiyev həmçinin Azərbaycanda kosmik tədqiqatların banilərindən idi”.
Mərasimdə çıxış edən Fizika İnstitutunun direktor müavini Cavad Abdinov, akademik Telman Əliyev və başqaları A. Mehdiyevin həyat və yaradıcılığından danışıb, onunla bağlı xatirələrini bölüşüblər.
Vida mərasimindən sonra A. Mehdiyev II Fəxri xiyabanda torpağa tapşırılıb.
***
saat 13.06
Azərbaycan Milli Elmlər Akademiyasında Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyevlə vida mərasimi keçirilir.
APA-nın məlumatına görə, mərasimdə mərhumun ailə üzvləri, milli məclisin deputatları iştirak edirlər.
Qeyd edək ki, A. Mehdiyev uzun sürən xəstəlikdən sonra dekabrın 19-da vəfat edib. A. Mehdiyev bu gün II Fəxri xiyabanda dəfn olunacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çexiyanın Vltava və Elba çaylarında suyun səviyyəsi kəskin enib
03:59 08.10.2026
Ekologiya
Həmzət ona 1 milyon təklif etdi: Yeri de, döyüşək!
03:23 08.10.2026
İdman
Ağ Ev Pentaqona İrana zərbələrlə bağlı tapşırıq verdi
02:46 08.10.2026
Son dəqiqə
Tramp FTB-ni həyat yoldaşı və oğlunu izləməkdə ittiham edib
01:21 08.10.2026
Aktual
Qətər sahillərində tankerə zərbə endirildi
00:59 08.10.2026
Gündəm
KİV: İran və ABŞ arasında vasitəçilik səyləri dalana dirənib
00:20 08.10.2026
Aktual
Əgər mənə Nobel mükafatını verməsələr... - Tramp
22:39 07.10.2026
Dünya
Şirvanda 18 yaşlı gənc bıçaqlanıb
22:02 07.10.2026
Hadisə
Sabunçuda hərəkət qismən məhdudlaşdırılacaq
21:37 07.10.2026
Cəmiyyət
Litva Kalininqrad sərhədinə ordu yerləşdirmək istəyir
21:20 07.10.2026
Dünya
Lerikdə iki yol qəzası olub, xəsarət alanlar var
20:40 07.10.2026
Hadisə
Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi
20:31 07.10.2026
Sosial
Prezident Messidən danışdı: İnanılmazdır!
20:23 07.10.2026
Futbol
Zelim Tçkayev: Rəqibim güclü idi, heç bir bəhanə yoxdur
20:12 07.10.2026
İdman
Rusiya Çerniqova hücum etdi: 18 ölü, 55 yaralı
20:04 07.10.2026
Gündəm