Alimlər itlərin ətrafa vurduğu ziyanı hesablayıblar: Dəhşətlidir
11:32 21.03.2021
Arxiv
792
Alimlər heyvansevərləri qıcıqlandıracaq qənaətə gəliblər: itlər çox ət yediklərindən ətraf mühitə mənfi təsir göstərirlər.
Sherg.az "Sputnik Azərbaycan"a istinadən bildirir ki, bu barədə L’Express yazır.
Los-Ancelesdəki Kaliforniya Universitetinin professoru Qreqori Okin bəyan edib ki, ABŞ-da 160 milyon it və pişik ət yemələri səbəbindən ətraf mühitə 25-30% təsir göstərir. Onun sözlərinə görə, it-pişiklər il ərzində havaya 64 milyon ton karbon qazı (CO2) buraxırlar, bu isə 13 milyon avtomobilin eyni dövr ərzində havaya buraxdığı zəhərli qazın həcminə bərabərdir.
Maastrixt Universitetinin professoru Pim Martens isə itlərin qoyduğu karbon izinin onların yaşadıqları yerdən asılı olduğunu söyləyib.
“Orta ölçüdə olan it (10-20 kq) bütün ömrü boyu, əgər Niderlandda yaşayırsa, 4.2-17 ton, Çində - 3.7-19.1, Yaponiyada – 1.5-9.9 ton CO2 ifraz edir”, - Martens hesablayıb.
İllinoys Universitetinin heyvanların qidalanması üzrə mütəxəssisi Kelli Suonson isə məsələni bu qədər qəlizləşdirməyin tərəfdarı deyil. O deyir ki, ev heyvanlarının çoxu qida sənayesindəki subməhsullardan hazırlanmış yemlə qidalanır.
Amma bu alimlər bir fikirdə yekdildirlər, çox yeyən böyük it balaca pişikdən daha çox karbon izi qoyur.
Ekspertlər bununla bağlı məsləhət də veriblər: insanlar heyvanları qədərindən artıq yemləməməlidirlər. Bəziləri isə bu fikirdədirlər ki, itlərin və digər heyvanların rasionuna başqa zülal mənbəyinin, məsələn, böcəklərin əlavə olunması onların ət tükətməsini azalda bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə