ATƏT sədri: "Üçtərəfli bəyanatın reallaşması münaqişənin həlli üçün əsas yaradır"
10:53 16.03.2021
Arxiv
309
“Qarabağla bağlı üçtərəfli bəyanatın həyata keçirilməsi münaqişənin həlli üçün əsas ola bilər”.
APA-nın xəbərinə görə, bu barədə İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde Ermənistana səfəri çərçivəsində xarici işlər naziri Ara Ayvazyanla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
O bildirib ki, təşkilat üçtərəfli bəyanatın imzalanmasından sonra bölgədə dəyişən vəziyyəti yaxından izləyir.
İnsan tələfatına görə üzgün olduğunu ifadə edən ATƏT sədri atəşkəs bəyanatının imzalanmasını alqışladığını vurğulayıb: “Bəyanatdakı maddələrin tam reallaşdırılması münaqişənin həllində irəliləyiş üçün zəmin yaradacaq”.
Onun sözlərinə görə, bir sıra məsələlər hələ tam həll olunmayıb, bu baxımdan ATƏT və beynəlxalq ictimaiyyət öz üzərinə düşən rolu oynamalıdır.
ATƏT sədri qeyd edib ki, beynəlxalq təşkilatların nümayəndələrinin münaqişə bölgəsinə sərbəst girişinin təmin edilməsi vacibdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə