Avropa da xəyanəti görəcək
06:14 05.09.2020
Arxiv
775
Yunanıstan, Kipr, Ermənistanın birliyi çox çəkməyəcək
Prezident İlham Əliyev Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfiri Nikolas Piperiqkosu qəbul edərkən, bir çox həssas məqama toxunub. Prezident vurğulayıb ki, Yunanıstan, Kipr və Ermənistanla birlikdə üçlü format yaradaraq Azərbaycana qarşı fəaliyyət göstərirlər. Ölkə rəhbəri çıxışında Yunanıstanla Ermənistan arasında hərbi əməkdaşlığın Azərbaycanda ciddi narahatlıq doğurduğunu bildirib. Prezidentin çıxışında həm xarici siyasət məsələləri, milli maraqlarımız, həm də qardaş Türkiyəyə açıq dəstək ifadə edilib.
Politoloq Xəyal Bəşirov"Sherg.az"a açıqlamasında bildirib ki, bu gün Türkiyə dövlətinin həm regionda, həm də beynəlxalq aləmdə mövqeyi əhəmiyyətli dərəcədə artıb. Politoloqun sözlərinə görə, bu da bir çox dövlətləri, o cümlədən də Azərbaycanın düşmənlərinin keyfinə soğan doğrayıb:
"Prezident İlham Əliyev bu dəfə də açıq və səmimi çıxışı ilə dövlətimizin mövqeyini ortaya qoydu. Prezidentin nümayişkaranə şəkildə Azərbaycanın bütün məqamlarda Türkiyənin yanında olacağı ilə bağlı fikirləri təbii ki, avropalı siyasətçiləri təəccübləndirməyə bilməzdi. Çünki Avropada bu cür açıq mövqe nümayiş etdirmək dəbdə deyil".
X.Bəşirov vurğulayıb ki, Yunanıstan və Kipr kimi dövlətlərin Avropanın enerji xəritəsinin formalaşmasında ciddi önəm daşıyan Azərbaycana qarşı bu cür əsassız addımları nəticədə onlara zərərli olacaq:
"Ölkəmiz ilə Türkiyə arasında qırılmaz bağlar var. Amma Yunanıstan, Kipr və Ermənistan arasında belə bağlar yoxdur və heç vaxt da olmayacaq. Çünki Ermənistan müttəfiqlərinə daim əlavə yük olub. Hesab edirəm ki, bu üçlük müvəqqəti olacaq. Çox qısa zamanda Ermənistanın onlara qarşı ilk xəyanəti gözləniləndir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya
Lionel Messinin atası vəfat edib
15:11 08.08.2026
Futbol
Almaniyanın mühüm hərbi bazası üzərində naməlum dronlar uçub
14:34 08.08.2026
Dünya
Lukaku karyerasını Türkiyədə davam etdirə bilər
14:03 08.08.2026
Futbol
Xameneini devirməyə çağıran din adamına cinayət işi açıldı - FOTO
12:59 08.08.2026
Gündəm
Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
12:38 08.08.2026
Gündəm
Sabah 40 dərəcə isti olacaq
12:19 08.08.2026
Ekologiya
Zelenski: Putindən başqa hamı bunu istəyir
12:11 08.08.2026
Gündəm
Dənizdə batan 16 yaşlı yeniyetmənin meyiti tapılıb
11:57 08.08.2026
Hadisə
Ukrayna Qara dənizdə bəzi tankerlərə hücum etməməyə razılaşıb
11:42 08.08.2026
Dünya
Polis 65 kiloqramdan çox narkotik vasitəni müsadirə etdi
11:27 08.08.2026
Hadisə
Qripdən qorunmaq üçün ən effektli üsul - Həkim tövsiyəsi
11:22 08.08.2026
Sağlamlıq