Azərbaycan və Yaponiya ədliyyə nazirlərinin görüşü keçirilib
06:53 10.03.2021
Arxiv
435
Yaponiyanın Kioto şəhərində keçirilən BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə 14-cü Konqresində iştirak edən Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov Yaponiyanın ədliyyə naziri xanım Yoko Kamikava ilə görüşüb.
Bu barədə Oxu.Az-a Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Ölkəmizin ədliyyə naziri həmkarını cinayətkarlıqla mübarizəyə həsr olunmuş bu mötəbər forumun pandemiya şəraitində yüksək səviyyədə keçirilməsi və Konqresin prezidenti seçilməsi münasibətilə təbrik edib, habelə qlobal cinayətkarlıqla mübarizə üzrə bütün dövlətlər üçün yol xəritəsi olan və Azərbaycanın milli maraqlarını əks etdirən Kioto Bəyannaməsinin qəbul olunmasının mühüm əhəmiyyətini qeyd edib.
Azərbaycan ədliyyə nazirinin Konqresdə bilavasitə iştirakını yüksək qiymətləndirən Y.Kamikava iki ölkə arasında dostluq əlaqələrinin olduğunu, 30 il ərzində əməkdaşlıq münasibətlərinin uğurlu inkişafını qeyd edib, hüquqi sahədə qarşılıqlı fəaliyyətin genişləndirilməsində maraqlı olduğunu söyləyib.
Nazir F.Məmmədov dövlətlərimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini qeyd edib, ədliyyə orqanları arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün perspektivlərin olduğunu deyib, bu sahədə konkret təkliflər irəli sürüb.
Eyni zamanda, Azərbaycanın məhkəmə-hüquq sahəsində beynəlxalq aləmdə təqdir edilən islahatları barədə məlumat verilməklə hüquqi sahədə təcrübə mübadiləsinin hər iki tərəf üçün faydalı olacağı qeyd olunub, iki nazirlik arasında əməkdaşlığa dair sənədin hazırlanması barədə razılığa gəlinib.
Nazir həmçinin, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində ölkəmizin böyük Qələbəsini, torpaqlarımızın 30 illik erməni işğalından azad olunması ilə ədalətin bərpa edildiyini vurğulayıb.
İşğal dövründə torpaqlarımızın yerlə-yeksan edildiyi, bütün infrastrukturun viran olunduğu, o cümlədən tarixi, mədəni və dini abidələrin məhv olunması ya da talanması faktları xüsusi qeyd olunub.
Məcburi köçkün olmuş 750 min soydaşımızın öz dədə-baba yurdlarına qayıtması üçün ərazilərimizin bərpası üzrə görülən genişmiqyaslı işlərdən, o cümlədən “ağıllı kənd”lərin və yaşıl enerji zonalarının yaradılmasından danışılaraq, bu sahədə xarici tərəfdaşlarla əməkdaşlıq üçün geniş imkanların olduğu bildirilib.
Görüşdə Azərbaycanın Yaponiyadakı səfiri Gürsəl İsmayılzadə iştirak edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
“Sabah” Aaron Maludanı satdı
17:11 28.07.2026
Futbol
Tramp: Netanyahunun nəsə deməsinə ehtiyac yoxdur, bunu bilirik
17:00 28.07.2026
Gündəm
"İdxal olunan panko zəhərləyə bilər" - Ekspertdən XƏBƏRDARLIQ
16:57 28.07.2026
Sağlamlıq
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb
16:41 28.07.2026
Hadisə
Miqrasiya Xidməti yeni qaydanın icrasına başladı
16:33 28.07.2026
Aktual
İtaliya NATO-ya hər il 450 milyon avro ödəyir
16:23 28.07.2026
Dünya
Ermənistanın birinci xanımını bu çıxışından sonra hədələdilər
15:52 28.07.2026
Region
HƏMAS nümayəndə heyəti Misirdə səfərdədir
15:38 28.07.2026
Dünya
Sumqayıt yenidən qara tüstüyə bürünüb - Ekoloqdan SOS
15:28 28.07.2026
Aktual
Minə yaxın uşaq müəssisələrdən ailələrinə qaytarılıb
15:18 28.07.2026
Cəmiyyət
Suriyadan qayıdanlarla işləmək çox ağırdır - Ekspert
14:42 28.07.2026
Cəmiyyət
Quterreş Kiprlə bağlı xəbərdarlıq etdi
14:17 28.07.2026
Dünya
Aİ Ermənistan bazarını açmağa hazır deyil
14:03 28.07.2026
Gündəm