“Azərbaycana gələn turistlərin sayında artım var” - UEFA Avropa Liqası finalının bəhrəsi

"Azərbaycanda idman yarışlarının keçirilməsi ölkəmiz üçün iqtisadi baxımdan çox vacibdir”.
Bu sözləri "Sherg.az”a açıqlamasında iqtisadçı-alim Vüqar Bayramov deyib:
"Azərbaycan bir çox beynəxalq və qlobal yarışlara ev sahibliyi edib. Nəzərə alsaq ki, Bakıda final oyunu keçiriləcək. Komandalar da kifayət qədər tanınmışdır. Bu baxımdan belə beynəlxalq yarışların keçirilməsi ölkəmizə turist axınının olması üçün vacibdir:
"Həmin komandaların təmsil olunduğu ölkələrdən əlavə digər ölkələrdən gələn turistlərin də sayında artım var. Təbii ki, bu da Azərbaycanın gəlir əldə etməsi üçün əsasdır. Yarışların keçirilməsi həmçinin ölkəmizin də təqdim edilməsində müəyyən rola malikdir. 
Xüsusilə də, xarici kanallarda yayımlar vasitəsilə Azərbaycanın bütün dünyaya təqdim edilməsinə imkan yaranır. İdman yarışlarını təşkil edən ölkələrdə adətən infrastruktur inkişaf edir. 
Ölkənin tanıdılması və təqdim edilməsinə, uzun müddətli sərmayələrin cəlb edilməsinə şərait yaranır. İdman yarışlarının Azərbaycanda keçirilməsi ölkəmiz üçün hərtərəfli məqbuldur. Xüsusilə futbol yarışlarına olan maraq yüksəkdir. 
2020-ci ildə də Azərbaycan Avropa Çempionatının bir sıra oyunlarına ev sahibliyi edəcək. Təbii ki, bu da iqtisadi gəlirlərlə yanaşı idman yarışlarının təşkilində Azərbaycanın rolunun artırılması baxımından vacibdir”.
Yeganə Bayramova