AZƏRBAYCANDA FACİƏ: babasının evində meyiti tapıldı
06:58 04.04.2017
Arxiv
302
Bu gün Şəmkir rayonunun Dəllər Cırdaxan kəndində baş vermiş dəhşətli yanğınla bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, 33 yaşlı Anar Cəfərovun yanaraq öldüyü ev onun bir müddət əvvəl vəfat etmiş babasına məxsus olub. Belə ki, valideynləri boşanandan sonra onun Gəncədə yaşayan anası Türkiyəyə işləməyə gedib. Anar Cəfərov isə babasının Şəmkirdəki evində yaşamağa başlayıb. Dayısıgil Rusiyaya köçdüyündən o, burada tək yaşayırmış və günəmuzd fəhləliklə məşğul olurmuş.
Məlum hadisəyə gəlincə, maddi cəhətdən imkansız olduğundan A.Cəfərov elektrik enerjisinin pulunu ödəyə bilmirmiş və bu səbəbdən evə gələn xətt kəsilib. Buna görə də o, gecələr evi işıqlandırmaq üçün şamdan istifadə edirmiş. Həmin şamdan başlayan yanğın mənzildə güclü tüstü yaratdığından 33 yaşlı kişi evi tərk edə bilməyib və otaqda tamamilə yanaraq ölüb.
Qeyd edək ki, A.Cəfərov subay olub.
Faktla bağlı araşdırmalar aparılır.
*****
10:15
Bu gün Şəmkir rayonunda ölümlə nəticələnən yanğın baş verib.
Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Dəllər Cırdaxan kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan kürsülü birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 150 m2 sahədə, ona bitişik tikilmiş, ümumi sahəsi 120 m2 olan 3 otaqlı köməkçi tikilinin yanar konstruksiyaları və ümumi sahəsi 80 m2 olan talvarın yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 1984-cü il təvəllüdlü Cəfərov Anar Cavanşir oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyətı üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol
Bu ölkədə Azərbaycan dili tədris olunacaq
11:33 30.09.2026
Elm və Təhsil
Parlament Anım günü ilə bağlı bəyanat qəbul etdi
11:24 30.09.2026
Gündəm
Avropa İttifaqı Gürcüstanın ATƏT sədri olmasına qarşıdır
11:17 30.09.2026
Gündəm
ABŞ və Rusiya Şimali Koreyanın nüvə statusunda eyni mövqedədir
11:02 30.09.2026
Dünya
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
10:54 30.09.2026
Gündəm
Moldovada PUA partlayıb
10:51 30.09.2026
Dünya
BDYPİ sürücülərə çağırış etdi
10:37 30.09.2026
Cəmiyyət
"Mançester Siti" 9 mövsüm qaydaları pozub - RƏSMİ
10:14 30.09.2026
Futbol
Rusiya Kiyevə hücum edib, iki nəfər ölüb
10:09 30.09.2026
Dünya