Azərbaycanda koronanın yeni dalğası: Qapanma olacaq?
08:48 27.03.2021
Arxiv
498
Xəbər verdiyimiz kimi ötən gün Azərbaycanda koronavirusa yoluxma sayı kəskin artıb. Belə ki, sutkada koronavirus infeksiyasına 1759 yeni yoluxma faktı qeydə alınıb, 511 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 24 nəfər isə vəfat edib.
Bu baxımdan yenidən qapanmalarla bağlı söz-söhbətlər dolaşır. Kəskin artıma görə, qapanmanın tərəfdarı olanlar da var, buna ehtiyac olmadığını düşünənlər də..
"Sherg.az" Sfera.az-a istinadən xəbər verir ki, Milli Məclisin deputatı Razi Nurullayev qapanmanın tərəfdarı olmadığını bildirib. O vurğulayıb ki, hazırda pandemiya ilə bağlı sosial vəziyyət çətindir:
"Yaxşı olardı ki, yeni xəstələrin əhvalının yüngül və ya ağır olduğunu bilək. Mənə belə gəlir ki, xəstəliyin ağır keçməsi zəifləməlidir. Amma heç cür qapanmaya getmək olmaz".
Deputat qeyd edib ki, ölkəmizi, vətəndaşlarımızı və iqtisadiyyatı düşünməliyik: "İş yerlərini bağlamaq olmaz".
Tanınmış həkim Vaqif Qarayevin sözlərinə görə isə, gedişat göstərir ki, qorunmaq lazımdır:
"Avtobuslardakı vəziyyət məlumdur. Düzəlməsi də mümkünsüz görünür. Peyvənddən sonra da təkrar yoluxmalar var. Ad günləri, bayramlar, qara bayramlar, yas məclisləri, nişan -toy məclisləri keçirdirik, müxtəlif məqsədlərlə toplaşırıq. Nəticə? Təkrar yoluxma! Gedişat göstərir ki, hələ qorunmalıyıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya