Azərbaycanda leşləri yığan şəbəkə var
10:00 11.02.2017
Arxiv
952
“Saatlıdan fermer mənə rəsmi ərizə yazdı ki, inəyim ölmüşdü, mən onu itə vermədim ki, it də ölər. İnəyi qamışlığa atdım və leş yığanlar onu ordan apardılar”
Son zamanlar ölkəmizdə mənşəyi bəlli olmayan ətlərin satışı ciddi narahatlıq yaradıb. Dəfələrlə belə halların aşkarlanmasına və buna yol verənlərin cərimələnməsinə baxmayaraq at və eşşək sevdalı bəzi vətəndaşlar əməllərindən əl çəkmir. Təbii ki, nə olduğu bəlli olmayan əti camaatımız alıb yeyəsi deyil. Kim öz xoşuyla eşşək əti yeyər?! Elə buna görə də həmin ətlər əhaliyə başqa - gizli ad altında, yəqin ki, dana əti kimi satılır.
Xatırladaq ki, bir müddət öncə Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində 4 tona yaxın mənşəyi məlum olmayan, qida üçün keyfiyyəti və yararlığı şübhə doğuran heyvan cəmdəkləri, xeyli miqdarda sümükdən ayrılmış ət və heyvan sümükləri aşkar olunmuşdu. Bu dəfə isə Sabirabad rayonunun Xəlfəli kənd sakini Əlifxan Şahverdiyevin evinin həyətində mənşəyi bilinməyən 600 kiloqram at əti aşkar edilib. Ət bazarındakı qiymət artımı ilə bağlı olaraq əhalinin xeyli hissəsi ucuz olan ətlərə üstünlük verirlər. Bununla da özlərinin və başqalarının həyatı üçün ciddi təhlükə yaratdıqlarını ağıllarına belə gətirmirlər. Təbii ki, bu cür hadisələrdə əlaqədar qurumlar mübarizə aparmalı və müəyyən tədbirlər görməlidir. Lakin mövcud vəziyyətdə əhalinin də diqqətli olması yetərincə önəm daşıyır.
Bu cür xoşagəlməz halların baş verməsinə səbəb olaraq ölkəmizdə "Qida təhlükəsizliyi haqqında” qanunun olmadığını deyən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov baş verən məsələ ilə bağlı uzun müddət mübarizə aparıldığını bildirib. Birlik sədrinin sözlərinə görə, qanun olmayan yerdə mütləq cinayət baş verir:
"Neçə əsrlər boyu Azərbaycanda mundar ət satan insanın 10-cu nəslinə kimi başına qaxınc ediblər ki, "sənin baban bir vaxtlar mundar ət satmışdı kimlərəsə”. Lakin bu əxlaqi dəyərlər artıq aradan qaldırılıb. İndi kiminsə heyvanı mundar olanda leşxanalara zəng edirlər, onlar da gəlib 30-50 qəpiyə əti götürüb aparırlar. Hətta Saatlıdan fermer mənə rəsmi ərizə yazdı ki, inəyim ölmüşdü, mən onu itə vermədim ki, it də ölər.
İnəyi qamışlığa atdım və leş yığanlar onu ordan apardılar. 15 ildən çoxdur ki, Azad İstehlakçılar Birliyi leşyığan şəbəkəsini ifşa etmək istəyir. Onların bizdə hətta telefonları da var. DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi uğurlu işlər həyata keçirdi və çoxlu sayda mundar ət satış şəbəkələri ifşa olundu. Lakin təəssüflər olsun ki, bu iş birdəfəlik qurtarmır. Bunun da ciddi səbəblərindən biri dövlət orqanlarının bir-biri ilə sıx əlaqədə işləməməsidir. DİN bu məsələlərdə ən effektli işləri görürlər, çünki onlar lazımlı cəzalar tətbiq edirlər. Lakin Baytarlıq İdarəsi gedir 200 manat cərimə qoyur.
Baytarlıq İdarəsi guya əhalini ağıllandırır və deyir ki, eybi yoxdur, at əti də, eşşək əti də satmaq olar. İdarənin bu açıq çıxışlarından pul qazanmaq istəyən adamlar at ferması yaradıb xarici ölkələrə at əti göndərirlər. Neçə illərdir ki, "Qida təhlükəsizliyi haqqında” qanun layihəsi Beynəlxalq təşkilatlar tərəfindən hökumətə təqdim olunub. Lakin bu qanun qəbul olunmur. Bir sözlə, qanunlardakı boşluqlar və əhalinin diqqətsizliyi gətirib vəziyyəti bu yerə çıxarır. Adıçəkilən Sabirabad rayonunda məşhur "Sabir” kanalı var. Əhali murdar olmuş atı, inəyi, qoyunu, iti bəzən kanala atır. Əhalinin bu mədəniyyətsizliyinə son qoyulmalıdır, müəyyən tədbirlər görülməlidir”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial