“AZERÇAY” yeni məhsullarını təqdim edir
13:17 15.03.2021
Arxiv
669
Doğma çay “Azerçay” yeni sağlamlıq üçün faydalı məhsullarını alıcılarına təqdim edir. 6 fərqli, bir-birindən özəl bu çaylar həyatınızın bir parçasına çevrilərək, sağlamlığınızın qeydinə qalmaq üçün xüsusi hazırlanıb.
“Azerçay”ın təbiətdən ilhamlanaraq hazırlanan 100 faiz təbii, hər qurtumunda yaxşılıq bəxş edən, yeni təbiətin sehri çay seriasından olan çayların ilki “4 fəsil - immunitet çayı”dır. Bu məhsul vasitəsilə özünüzü hər zaman güclü hiss edib, zərərli infeksiyalardan qoruna bilərsiniz. Sağlamlığa zərər verən infeksiyalardan qorunmanın ən təsirli yolu bol vitamin qəbul etməkdir. Mövsümdən asılı olmayaraq sizi infeksiyalardan qoruyan “Dörd fəsil çayı” vücudunuzu lazımi vitaminlərlə təmin edir. Bu çay təbiətdən ilhamlanan təbii otlardan istifadə edərək hazırlanıb.
“Həzm çayı” çayı vasitəsilə özünüzü gümhar, yüngül hiss etmək, gündəlik sağlamlıq problemi olan şişkinliyi rahatlıqla aradan qaldırmaq mümlündür. Həzmi asanlaşdırmağa kömək edən bu çay, təbiətin sehri olan faydalı bitkilərlə hazırlanır.
Yeni çay seriasından üçüncüsü olan “Relaks çayı” gün boyu rahatlıq, sakitlik sizi müşayət etsin deyə hazırlanıb. Bu çayın tərkibindəki təbii azaldıcı maddələr rahatlığınızın bir zəmanətidir. Bu çay da təbiətdən ilham alaraq hazırlanıb ki, fincanınızda təbiətin sehrini hiss edə biləsiniz.
Növbəti - “Detoks çağı” bədəni zərərli toksinlərdən təmizləməyə kömək edən təbii dərmandır. Sağlam və təmiz bədənə sahib olmaq üçün mütəmadi olaraq bu çay çeşidindən istifadə etməyiniztövsiyə edilir. Bu çayı bədəninizin təbii dostu da hesab etmək olar.
Ana südünün təbii yolla artırılması üçün “Azerçay” “Yeni Analar çayı”-nı təqdim edir. Körpələrin sağlam gələcəyi üçün ana südünü artıran bu faydalı və təbii çayı yeni analar gündəlik qida rasionlarına əlavə edə bilər.
Qadınların özəl günlərində narahatlıq onlardan uzaq olsun deyə hazırlanan “Özəl gün çayı” bədəni rahatladır, bədən ağrısını minimuma endirir. Bu çay da digərləri kimi zərərli kimyəvi üsullarla deyil, təbiətdən ilham alaraq təbii üsullarla hazırlanıb.
Təbiiliyi sevən, sağlamlığını düşünən, təbiətin dadını duymaq istəyənlər,“Azerçay”ın təqdim etdiyi bu çaylarla təbiətin sehrinə düşəcək. Məhz, bu çayların hər qurtumunda yaxşılıq var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə