“Azərpoçt” MMC-yə yeni direktor təyin olundu - FOTO
13:39 02.03.2021
Arxiv
523
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-yə yeni baş direktor təyin edilib.
Oxu.Az xəbər verir ki, martın 2-dən etibarən şirkətin baş direktoru vəzifəsinə Əfqan Cəlilov təyin olunub. O bu vaxta qədər baş direktorun müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, bu təyinata qədər “Azərpoçt” MMC-yə Emin Əfəndiyev rəhbərlik edib.
Xatırladaq ki, Ə.Cəlilov 1978-ci ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi fakültəsinə daxil olub. 1999-cu ildə bakalavr dərəcəsini alıb, magistraturaya daxil olub. 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Qiymət və qiymətin əmələ gəlməsi” ixtisası üzrə magistraturanı fərqlənmə diplomu ilə bitirib.
2002-2005-ci illərdə Milli Bankın Bazar Əməliyyatları departamentində çalışıb. 2005-2013-cü illərdə “AGBank” Açıq Səhmdar Cəmiyyətinin Metodologiya şöbəsinin rəisi, İnkişaf departamentinin direktoru, Maliyyə Nəzarəti üzrə Baş direktor vəzifəsində çalışıb. 2013-cü ildə “AGBank” ASC-də İdarə Heyəti sədrinin müavini təyin edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual