Brayza: “Ermənistan hələ də məğlubiyyətin şokundadır”
16:41 04.03.2021
Arxiv
418
“Qarabağdakı atəşkəsə dair 10 noyabr bəyanatı sülhün təməli ola bilər. Açıqlamalardan görünür ki, müzakirələr təməl prinsiplərə dair aparılıb. Amma Paşinyan Ermənistan baş naziri kürsüsündən getsə, hakimiyyətə gələcək qüvvələr əldə edilmiş razılaşmaları pozmaqla buna mane ola bilər. Halbuki həmin razılaşma regional layihələr, o cümlədən Şərq-Qərb enerji dəhlizi çərçivəsində çox geniş imkanlar açır”.
“Report” xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, hazırda “Atlantik Şura”nın (Atlantic Council) böyük elmi işçisi Metyu Brayza Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən keçirilən “Cənubi Qafqazda yeni reallıqlar: perspektivlər və təhlükələr” adlı vebinarda bildirib.
“İkinci Qarabağ müharibəsi başa çatandan sonra həm də Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağına dair saziş imzalandı. Bu, iki ölkə arasında münasibətlər tarixinin yeni səhifəsidir. Bütövlükdə regional layihələr həm Azərbaycanla Türkiyə, həm də regiondakı iqtisadi əlaqələrə daxil olmaq fürsəti qazanan Ermənistan üçün geniş imkanlar yaradır. Amma bunun üçün maneələr var. Gördüyümüz kimi, Ermənistan hələ də bu cür üçtərəfli format çərçivəsində əməkdaşlığı qavraya bilməyərək müharibədəki məğlubiyyətin yaratdığı şokdadır” – deyə ekspert vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransada evdə yeni doğulmuş beş körpənin qalıqları tapılıb
21:50 28.07.2026
Dünya
"Sabah"dan tarixi uğur: KL-nin əsas mərhələsini təmin etdi
21:13 28.07.2026
Futbol
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət