Bunlar gözəlliyin düşmənidir – Üzünüzə qətiyyən VURMAYIN!




Bir çox maskanın tərkibində yer alan, dərimizə faydalı olduğunu düşündüyümüz vasitələrin əslində isə dəriyə zərər verdiyini bilirdinizmi?

Ailem.az üzlə təmas etməməsi vacib olan 8 məhsulu təqdim edir.

Limon – Tərkibindəki PH dəyəri ilə limon dəriyə təmas etdiyində, dərinin təbii balansını pozmasına səbəb olur. Buna görə, limonu dəriyə vurmaq olmaz.

Mayonez – yağlı və qalın bir təbəqəyə sahib olan mayonez məsamələri tıxayaraq sızanaqların yaranmasına səbəb olur.

Yumurta – Tərkibində bakteriyalar yarandığı və dəridə ciddi gərginlik yaratdığı üçün yumurta da dərinin balansını pozan məhsullardandır.

Spirt – dərimizi gözəlləşdirən məhsullar sırasında spirt də yer alır. Əslində isə spirt, dəri qurudan və çatlamasına səbəb olan bir vasitədir. Buna görə dəridən uzaq tutmalısınız.

Bədən losionu – Bədənimizlə üzümüz fərqli dəriyə sahibdir. Buna görə bədən üçün istifadə edilən vasitələri üzünüz üçün istifadə etməyin.

Diş pastası – Tərkibindəki spirt, ətir, nanə kimi maddələrlə dəridə ləkələnmə və sızanaq probleminə yol açır.

Qabartma tozu – Dərimizin PH dəyərindən olduqca fərqli olan qabartma tozu hər nə qədər hər maskada istifadə edilsə də dəriyə ziyan edən bir vasitədir.

Saç spreyi – dəriyə qətiyyən dəyməməlidir. Tərkibindəki spirt və qatqı maddələrindən dolayı gözəlliyin ən böyük düşmənidir.

Dərinizi ləkələrdən qorumaq və sağlam bir dəriyə sahib olmaq istəyirsinizsə, bu vasitələrdən uzaq durun.