Ceyhun Bayramov Polşa xarici işlər naziri ilə telefonla danışıb
14:38 11.03.2021
Arxiv
348
Xarici İşlər naziri Ceyhun Bayramovun Polşa Xarici İşlər naziri Zbiqnyev Rau ilə telefon söhbəti baş tutub.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazir Ceyhun Bayramov bölgədə mövcud olan vəziyyət, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların həyata keçirilməsi ilə bağlı məsələlər, o cümlədən ölkəmiz tərəfindən bu istiqamətdə görülən işlər barədə polşalı həmkarına məlumat verib.
Nazir Ceyhun Bayramov işğaldan azad olunan ərazilərdə çoxsaylı minaların olmasına və beləliklə də gündəlik əsasda insanların həyatına birbaşa təhdid təşkil etdiyinə diqqəti cəlb edərək, Ermənistan tərəfinin bu günədək mina xəritələrini Azərbaycana verməkdən imtina etdiyini vurğulayıb.
Polşa naziri Zbiqnyev Rau öz tərəfindən üçtərəfli bəyanatların icra edilməsi, ölkələr arasında münasibətlərin normalaşması və bu xüsusda, beynəlxalq qurumların rolunun əhəmiyyətini qeyd edib.
Nazirlər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri, o cümlədən siyasi dialoqun uğurla davam etdirilməsi, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi, bu xüsusda, iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti, habelə parlament xətti də daxil olmaqla, yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı tərəflər digər qarşılıqlı maraq doğuran məsələləri də müzakirə ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə