Çoxcildlik Azərbaycan tarixi yazılacaq
13:31 01.03.2021
Arxiv
442
AMEA Tarix institutunun Elmi Şurasının iclası keçirilib.
İnstitutdan "Sherg.az"a verilən xəbərə görə, İnstitutun baş direktoru, professor Kərim Şükürov Tarix institutunun perspektiv inkişaf planlarından bəhs edib. u planlarda dünyada tarix sahəsində baş verən yeni elmi istiqamətlərin nəzərə alınması və Azərbaycan tarixinin öyrənilməsinin aktual məsələləri əks olunub.
Tarix institutunda əsas hədəflərdən biri kimi Azərbaycan tarixinin öyrənilməsinin müasir vəziyyətini əks etdirən bircildliyin hazırlanması mühüm yer tutacaq. Qeyd etmək lazımdır ki, AMEA Tarix institutunda son dəfə belə bir kitab 1993-cü ildə nəşr edilib. Həmin kitab da xronoloji cəhətdən 1920-ci ilədək olan dövrü əhatə edirdi. Ölkədə yeni, Azərbaycan tarixinin bütün dövrlərini əhatə edən bircildlik sosial tələbə çevrilmişdir. Elmi Şuranın qərarına əsasən, şöbələr tərəfindən ayrı-ayrı fəsillər təqdim edildikcə Tarix institutunun saytında nəşr ediləcək və geniş müzakirə olunmasına şərait yaradılacaq.
Elmi Şurada bircildlik ilə eyni zamanda, çoxcildlik Azərbaycan tarixinin yazılması sahəsində də tədbirlər planı qəbul edildi. Tarix institutu qarşısında duran ən mühüm məsələlərdən biri də Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 30 illiyi və Vətən müharibəsi-İkinci Qarabağ müharibəsinə dair fundamental əsərlər hazırlanması ilə əlaqədardır.
2021-ci ilin Nizami Gəncəvi ili elan edilməsi nəzərə alınaraq, ″Nizami dövrü Azərbaycan tarixi″ mövzusunda elmi konfrans keçirilməsi də qərara alındı. Elmi şurada Azərbaycan tarixinə dair videoresursların hazırlanması və Youtube video-hostinqində nümayişlərinin təşkili də diqqət mərkəzində oldu. Şöbələr tərəfindən Azərbaycan tarixində mühüm rol oynamış hadisələr və görkəmli tarixi şəxsiyyətlərin yubileylərini əks etdirən təqvim hazırlanması və institutun saytında bu barədə məqalələr nəşr edilməsi də gündəlikdə xüsusi yer tutdu.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual