Daha kiçik dükanlar siqaret satmayacaq
17:11 11.02.2017
Arxiv
754
“Onsuz da sahibkara 3-5 qəpik qalırdı, indi o da sərf etmir”
Azərbaycanda siqaretin topdansatışı ilə məşğul olan firmalar satışı dayandırıb. Sahibkarların dediyinə görə, siqaretlərin nağdsız satışına keçildikdən sonra firmalar topdansatışı, demək olar ki, məhdudlaşdırıb.
Topdansatış firmaları artıq bir aya yaxındır ki, xırda sahibkarları siqaretlə təmin etmir. Sahibkarlar məcbur qalıb, müxtəlif yollarla "qara bazar”dan siqaret alırlar. Xüsusilə kiçik marketlər vəziyyətdən istifadə edib tütün məhsullarını süni şəkildə bahalaşdırıblar.
İqtisadçı-ekspert, jurnalist Elçin Bayramlının sözlərinə görə, siqaret idxal olunduğuna görə qiyməti manatın xarici valyutalara qarşı məzənnəsi ilə dəyişir:
"Bu da normal haldı. Əsas problem odur ki, manat ucuzlaşanda siqaretin qiyməti qalxır, amma bahalaşanda düşmür. Güman edirəm ki, bu onunla bağlıdır ki, manat nisbətən ucuz olanda alınmış partiyalar həmin qiymətlə satılmalıdır, yeni partiyalar gələndə qiymət ucuzlaşmalıdır. Bu isə bir neçə gün çəkə bilər”.
Siqaret qıtlığına gəldikdə isə E.Bayramlı hesab edir ki, əksər kiçik dükanlarda siqaret yoxdur. Satıcılar bunu tütün məmulatlarının topdansatışının kartla olması ilə izah edirlər.
Həmkarımız bu prosesin uzun müddət davam edəcəyini də istisna etmir:
"Satıcılar kart vasitəsilə ödənişin onlara sərf etmədiyini deyir: "Çünki bank əlavə vergi tutur. Onsuz da siqaretdən 3-5 qəpik qalır, bizə lazım deyil, heç satmarıq”. Mənim fikrimcə, kart sistemi ilə ödəniş yaxşıdır, amma əlavə bank tərəfindən əlavə vergi tutulmasa. Heç bir satıcını zorla siqaret satmağa məcbur etmək olmaz”.
E.Bayramlının sözlərinə görə, bundan sonra kiçik dükanlar siqaret satmaqdan imtina edəcək, daha çox ancaq iri mağazalarda satılacaq. Bu da alıcılar üçün əlavə problem yaradacaq.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial