DTX rəisi: “Bu gün Azərbaycana qarşı hansısa dövlətlərdə layihələr planlaşdırıldığı barədə məlumatlar alıram”
08:11 25.05.2019
Arxiv
596
"Mən də burada durarkən çox ağır hisslər keçirirəm. Mənim babam Mədət Qulubəyli 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin polisində xəfiyyə işləyib. 20-ci ildə Azərbaycan Qızıl Ordu tərəfindən zəbt olunandan sonra, o, Azərbaycan milisində, SSRİ milisində çalışıb. Gəncənin, Xanların, Samurun, Qasım İsmayılın rəisi olub və 1930-cu ilin noyabrın 28-də Gəncədə o, saxlanılıb, Bakıya, bura gətirilir. Ola bilsin, onu mən indi burada durduğum və yaxud kimsənin durduğu yerdə onu orada qətlə yetiriblər, həyatını dəyişib”.
ONA-nın xəbərinə görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Mədət Quliyev Dövlət Sərhəd Xidməti aparatının inzibati binasında "Siyasi qurbanların xatirəsi muzeyi”nin açılışında deyib.
O bildirib ki, 1988-1993-cü illərdə Azərbaycanda bu 30-40-cı illərin fəlakətləri təkrarlanıb: "Biz bura gələndə fikirləşə bilərdik ki, bu 30-cu illərdə, 40-cı illər oldu və tariximizdən silindi, daha belə rüsvayçılıq, belə biabırçılıq, belə fəlakət olmaz. Amma reallıqda belə deyil. Heydər Əliyev bir neçə il ərzində Naxçıvanda yaşadı.
Paytaxtı biz Heydər Əliyevsiz gördük, o fəlakəti gördük, o böhranı gördük, hərc-mərcliyi gördük, biabırçılığı gördük. Biz o günləri gördük ki, Azərbaycanda evinə çörək almaq istəyən əlinə tapança alıb səhər saat 4-də, 5-də gedirdi, bir çörək alıb evinə gətirirdi. Belə bir zamanda artıq Azərbaycanda qardaş qırğını, müharibə başladı. Faktiki 4 iyun 1993-cü ildə Gəncədə, mən də bunun şahidi oldum və belə bir anda xalqımız, qədir bilən xalqımız meydanlara çıxıb bugünkü günün naminə meydanlardan Ulu Öndərin Azərbaycana qayıtmağını tələb etdilər, xahiş elədilər. Bəlkə də indi, o vaxtı hər cürətli adam, Azərbaycana gəlməzdi. Artıq mən bu vəzifədən görürəm ki, onlar, o siyasi dəstələr də digər dövlətlərin xüsusi xidmət orqanları tərəfindən idarə olunan o qruplar idi və onların qabağında da məqsədlər qoyulmuşdu ki, 30-cu illər, 20-ci illər yenidən Azərbaycanda təkrar olmalı idi. Azərbaycan 4-5 yerə bölünməli idi və Azərbaycan tarixdən, xəritədən silinməli idi”.
DTX rəisi deyib ki, belə bir an Ulu Öndər öz ailəsinin də, özünün də canını təhlükə altına qoydu, Azərbaycana qayıtdı və Azərbaycanı tərəqqi yoluna qoydu: "Bu gün banisi olan, Heydər Əliyev tərəfindən yaradılmış dövlətdə biz yaşayırıq. Azərbaycanı Almaniya, Fransa, İngiltərə ilə müqayisə edirik, belə də olmalıdır. Yəni biz ən inkişaf etmiş dövlətlərlə özümüzü müqayisə etməliyik, amma biz reallıqda yerləşdiyimiz qonşu dövlətlərlə özümüzü müqayisə etməliyik, biz onlardan qat-qat üstünük. Azərbaycanın hər cürə təminatı və ən əsası da odur ki, bizim Ulu Öndər tərəfindən böyütdüyü, tərbiyə etdiyi, yaratdığı bir siyasətçi – möhtərəm prezidentimiz İlham Əliyev cənabları Azərbaycana müdrikliklə, peşəkarlıqla rəhbərlik edir. Mən məlumatlar alıram, hər gün səhər–səhər mənə məruzələr olur, bu kimi layihələr Azərbaycana qarşı bu gün də hansısa otaqlarda, hansısa dövlətlərdə planlaşdırılır. Biz bunu heç bir vaxt yadımızdan çıxarmamalıyıq. Biz hamımız yaxşı bilirik ki, dövlət başçısı o sükanı düzgün saxlamasa, o farvater daşların arasından məharətlə keçilməsə, heç bir hüquq-mühafizə orqanı bacarmaz ki, əmin-amanlığı saxlasın, inkişafı saxlasın. Bunun hamısında biz həm Ulu Öndərə və bu gün də onun oğlu, sevimli, möhtərəm Prezidentimizə minnətdar olmalıyıq. Xalqımız bu gün bu gördüyümüz və yaşadığımız tarixin təkrar olunmaması üçün biz hamımız möhtərəm Prezidentimizin ətrafında sıx durmalı, öz vəzifə borcumuzu məharətlə və canımızdan da lazım olsa keçməyə hazır olmalıyıq, vəzifə borcumuzu yerinə yetirməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Daha 17”nin ulduzları eşq yaşayır?
04:50 19.08.2026
Şou
Gündə beş fincan qəhvə içməyin təəccüblü faydası
04:14 19.08.2026
Sağlamlıq
Bu, Moskva üçün qəbuledilməzdir - Uşakov
02:57 19.08.2026
Region
Bununla müharibə yenidən başlayacaq - Arakçı
01:26 19.08.2026
Aktual
İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb
01:04 19.08.2026
Aktual
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər
00:43 19.08.2026
Dünya
İsrail HƏMAS komandirlərinin görüş yerini vurdu
23:42 18.08.2026
Gündəm
Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi
23:03 18.08.2026
Gündəm
Türkiyə İsrailin Suriyaya hücumlarını pislədi
21:57 18.08.2026
Dünya
Vəkil Elşad Məmmədov həbs edilib
21:43 18.08.2026
Hadisə
Türkiyəli deputat keçmiş partiyadaşı tərəfindən bıçaqlanıb
21:30 18.08.2026
Gündəm
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
21:03 18.08.2026
Dünya
“Neftçi” serbiyalı futbolçunu transfer etdi
20:50 18.08.2026
Futbol
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
20:35 18.08.2026
Dünya
Tramp BƏƏ Prezidenti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi
20:26 18.08.2026
Gündəm